
Zümrüyyə Vəliyeva
Səhər evdəkilər təlaş içində idi, artıq neçə
gün idi ki, balaca Leyla anası ilə yatmırdı. Bu dəfə də həkim onların evinə gəlmişdi,
xəstəni müayinə edəndən sonra yoldaşı Həsən
ilə uzun söhbət elədi. Həkimin gedişindən sonra Səmayənin anası ilə bacısı ona baş çəkməyə
gəldilər.
Qonaqlar uşağı qucağına alıb nazlayırdılar.
Leyla nənəsinin qucağından durub yerdə döşəyin üstündə uzanan anasına
yaxınlaşdı. Qadın özündə deyildi arada inildəyib deyirdi:
-
Ha
Xıdo sutim.
Balaca
Leyla anasının alnına sığal çəkib üzünə düşmüş saçları arxaya atdı. Xalası onu
qolundan tutub anasından uzaqlaşdırır:
-
Xala
qurban ananı narahat eləmə.
Həsən
qonşu otaqdan hazır geyinmiş çıxır.
-
Anacan
həkimin verdiyi resept məndə, burada olan dərmanlar kəntdə yoxdur, gərək Bakıda
alım. İndi isə işə gedirəm müdririmdən bir neçə günlük icazə alacağam. Sabah səhər
aftobusu ilə Bakıya gedəcəyəm.
Sərfinaz peçə odun atır, oğluna ürək-dirək verir:
-
Çımı
balə norohət məbi. De Xıdo komaqi çımı vəvu çok bəbe. Az aləfon dəm bəkam bəy bədom,
gavar çok be. Tı bışi ıştə koon səhmon bıkə.
Leylanın
xalası onun saçlarını darayıb topladı, sonra başına güllü yaylıq bağladı. Sərfinaz
qonaqlar üçün yerdə süfrə sərdi. Xalası Leyla üçün şirin çay hazırladı, nəhayət qoca
qadın qonaqlarla bir süfrəyə oturub gəlininin son durumundan söhbət edir.
Səhər
yeməyindən sonra Leyla məhlə uşaqları ilə oynamağa getdi. Həyətdə balaca qızlar
torpaqla oynayırdılar, yarpaqlara qoyduğu torpağı yemək xəyal edib oğlanlara
verirdi. İki oğlan məftildən duzəldilmiş araba ilə oynayırdı digərləri isə ağacda oturan quşları sapandla vururdu.
İki
qadın bulaqdan su vedrələri ilə gəlir biraz dincəlmək üçün onları yerə qoyub
söhbət edirlər. Qadınların gözü Leylaya sataşır ah çəkir başını yellədillər.
-
Deyillər
zavallı Səmayənin qışa kimi vaxtı var.
-
Hə,
yazıq əri nə eyləsin, fəhlə işləyir müalicəyə hardan
pul tapsın.
-
Təsəvvür
elə qadın öləcək qızının böydüyünü görməyəcək. O isə nə ümidilə uşağı
oxutduracağını deyirdi. Deyirdi mən oxumasam da, qızımı oxutduracayam.
-
Allah
köməyi olsun, tezliklə sağalsın, yazıqdır.
-
Mən
keçən dəfə onlara getdim vəziyyəti günü gündən pisləşir həkimlər də deyir ki, onunki
çox çəkməz, qışda öləcək.
Sonra
qadınlar vedrələri götürüb yolunu davam edir. Leyla onların danışığını dinləyib
fikirə gedir.
Payız
yağışı uşaqlara həyətdə doyunca oynamağa imkan vermir, hərə bir yana dağılır. Balaca
qız qaça –qaça evinə qayıdır. Sərfinaz bağda dərdiyi otları təmişləyirdi:
-
Nənə
onları neyləyirsən?
-
Tərə
bişirəcəyəm gözəl balam.
Leyla bıçaq
götürüb nənəsinin yanında oturur və göyərtiləri təmizləməyə başlayır. Qoca
qadın nəvəsinin fikirli olduğunu görür:
-
Leyla
onları yaxşı təmizlə, bax burada sarı yarpaqlar qalıb. Görürsən nə qədər ot dərmişəm
turşənğ, qijəpəni, xəş-xəş, siyoğ. Bunlardan dadlı tərə hazırlayacağam. Leyla məni
eşidirsən?
-
Nənə
qış haçan başlayır?
-
Payız
bitəndən sonra.
-
Bəs
payız hacan bitir?
-
Sənə
necə başa salım. Bax pəncərədən ağaclardakı yarpaqları görürsən.
-
Bəli.
-
İndi
onların əksəriyyəti yaşıldır, amma digər qismi saralıb. Bax onların hamısı
saralıb toküləndən sonra payız bitir və qış gəlir.
-
Hamısı
tökülür?
-
Bəli,
sonuncu yarpağa kimi.
Axşam Leyla
atasının aldığı rəngarəng qələmləri və dəftəri götürüb boş otağa keçir. Balaca qız lampanın işığı altında vərəqlərdə nə
isə çəkməyə başlayır.
Sərfinaz
axşam hazırladığı şorbanı xəstə gəlninə qaşıqla içirirdi. Qadın biraz alıb
istəmədiyini dedi, sonra fikirə dalıb ağladı. Sərfinaz gəlininin başını
sığallayaraq ürək-dirək verir. Qadın yuxuya gedəndən sonra qaynanası yerləri sərir.
Leyla masanın üstünə başını qoymuş mışıl-mışıl
yatmışdı. Nənəsi uşağı qucağına tutaraq:
-
Bismillah,
bismillah! Allahım sən o qadını balaca uşağa görə bizə bağışla. Sən dərdi verib
dərmanını da verirsən, özün bizə kömək ol. Bu zavallı qullarının imdadına çat.
Leyla şirin yuxudan xoruzun səsinə oyanır. Yerindən
tez durub gecə çəkdiyi şəkilləri toplayır. Gavalı ağacı yarım çılpaq küləyin
altında əsirdi, Leyla çəkmələrini geyib həyətə çıxdı, ağaca dırmaşdı vərəqdə çəkdiyi
yarpaq şəkillərini ağacın budaqlarına sancmağa başlayır. Nənəsi malları
otarmağa aparandan sonra evə qayıdarkən qızı ağacın üstündə görür:
-
Vuy
nənə! Kinə tı vəyo çiç kardəj? Eşi çə doyku.
Leyla
sonuncu yarpağı sancandan sonra yerə hoppanır. Burnunu çəkərək cemperin qollarına
sürtür. Payız soyuqundan yanaqları qızamışdı.
-
Vuy
kinə tıni vindəkəs çiç bəvote. Kinəyən bə do bebaşe? Ha? Birdən çəyku eqınyəbij?
Az bəştı pə çiç əvotim?
Leyla
dodaqlarını sallayır gözləri yaşla dolur.
-
Rə
bi rə bi hadi bə kə dəşi.
Külək
sanki dayanmaq istəmirdi Leylanın acığına daha güclü əsirdi, qız təlaşla pəncərənin
qabağında oturub yarpaqlarına baxırdı. Nəhayət uzun mubarizədən sonra külək istədiyini
ala bilir və bir neçə yarpaq özü ilə aparandan sonra sakitləşir.
Uşaqlar
həyətdə oynayırdı Atəş Leylanı kehfsiz görüb soruşur:
-
Leyla
niyə kədərlisən?
-
Ona
görə ki, küləklə yağış yarpaqları tökür.
-
Olsun
da, yazda yeniləri çıxaçaq.
-
Amma
mən yenilərini istəmirəm, sadəcə istəyirəm indi olanlar tökülməsin, əgər onlar
tökülsə payız qurtaracaq və qış gəlsə anam öləcək.
-
Bunu
sənə kim dedi?
-
Mən
bilirəm, hər şeyi eşitdim. Gəlməsin qış.
Leyla
ağlayır Atəş dözmür onu qucaqlayaraq təsəlli verir:
-
Üzülmə,
sənin anan ölməyəcək. Bax sənə söz verirəm ki, o ağacdakı yarpaqlar tökülməyəcək.
Axşam
güclü yağış yağmağa başlayır Leyla nə qədər çölə çıxmaq istəsə də nənəsi qoymur.
Gecə qız anasının yanında nalça sərib uzanır qadının iniltisi altında dua edir:
-
Gözəl
Allahım anama şəfa ver. Nə olar qoyma yarpaqlar tökülsün, qoyma qış gəlsin.
Yağışın
kağız yarpaqlarını nə hala qoyacağını Atəş təsəvvür edirdi və ona görə səhər
tezdən Leylanın evinə getməyə qərara gəlir.
Səhər
açılan kimi Leyla yaylığını bağlayıb çəkmələrini geyib tez həyətə qaçır. Gözləri
yumulu qorxaraq asta-asta ağaça yaxınlaşdı, gözlərini açandan sonra təəcüblənir.
Ağacın hər budağında yeni yarpaqlar peyda olmuşdur. Yox, bu ağacın öz
yarpaqları deyildi, başqa yarmaqlar idi, onun kağız üstündə çəkdiyi yarpaqlara
bənzəyirdi. Birdən ağacın arxasından Atəş çıxır:
-
Leyla
sənə dedim axı onlar tökülməyəcək.
Oğlanın
bütün üst başı yaş idi, əlləri sivrilmişdi.
Leyla nəşə saçdı, Atəşin qabağına qaçıb onu
qucaqladı.
Beş gündən
sonra nəhayət gözlənilən an baş tutur Həsən Bakıdan qayıdır. Sərfinaz oğlunu
qarşılayır:
-
Oğlum
niyə gec gəldin?
-
Anacan
reseptdəki dərmanların yarısı yox idi, sifariş edib onların gətirilməsini gözləyirdim.
Torbadan dərmanları çıxardıb anasına uzadır:
-
Bax
bu dərmanları qoy Səmayə indi atsın, bu iynələri isə altı saatdan bir
vuracaqsız. Leyla hardadır?
Nənəsi Leylanı çağırır. Qız atasını görüncə
qabağına qaçır, onu doyunca öpəndən sonra niyə gec gəldiyini soruşur və bir
möcüzə haqqında danışır. Həsən fikrli idi gözləri yol çəkirdi, qızını aldından
öpüb oxşayandan sonra torbadan siçan oyuncağ və şokoladı çıxardıb ona uzadır.
Leyla
balaca olduğuna baxmayaraq ev işlərində nənəsinə kömək edirdi. Ev canlanmışdı
sanki Səmayənin qohumları təkrarən ona baş çəkməyə gəlirdilər, gələn qonaqlarda və
ev sahibində ümid yaranmışdı, hamının əhval-ruhiyyəsi yaxşı idi. Həsən işdən
sonra evə gələndə əvvəlki kimi Leyla ilə
oynayırdı.
Balaca qız barmaqlarının ucunda astaca anasına
yaxınlaşdı onu öpmək istəyəndə nənəsi qapının ağzından pıçıldayaraq deyir:
-
Qızım
qoy anan yatsın, oyatma onu.
Leyla Sərfinaza
tərəf gəlir və nədən anasının bütün günü yatdığını soruşur, Sərfinaz cavab
verir:
-
Qızım
ananın dilcəlməyə ehtiyyacı var.
-
Nənəcan
anam hələ sağalmayıb?
-
Sağalmasına
vaxt lazımdır qızım. Anan həftələrdir yatmırdı ona görə çox zəifləyib güc
toplamağa ehtiyyacı var.
Leyla
evdəikən nənəsinə kömək edirdi, anasından ayrılmaq istəmədiyi üçün dostların həyətdə
oynamaq təklifini rədd edirdi. Sərfinaz nəvəsinin darıxmaması üçün birgə işlərə
cəlb edirdi, yemək bişirirdilər, toyuqlara dən verirdilər, evi təmizləyirdilər,
axşamlar isə Leylaya mütləq nağıl danışırdı.
Səhərsi
gün hava çox yaxşı idi, evi təmizləyəndən sonra Leyla anasının uzandığı otağa
girdi. Pəncərə qabağında oturur gavalı ağacındaki yarpaqlara tamaşa edərək şer
deyir. Səmayə səsə oyanıb qızına diqqətlə
qulaq asır.
Poz omedə voydə voş,
Vey omedə bəmı xoş,
Dənşandə əv boğ-boğçon,
Xokinə livon, xıçon.
Bifon dimi şıştedə,
Sefon dimi şıştedə.
Limo, əno, narınqi,
Həmmə dodən virisqi.
Osmon bərk qur-qur kardə,
Ləjimən şır-şır kardə.
Çimənon bedə kavu,
Çəkedə avə-avə.
Birdən şerin sözlərini unudur gözlərini yumaraq
davamını yada salmağa çalışır. Bu an anası şeri davam edir:
Nıhandonən bılbılon,
İjən obedən vılon.
Həvo ətrə bu dodə.
Bə har dıli zu dodə.
Məkə sıxani doroz,
Oxnə əvəsore poz.
Leyla boylanıb
anasına baxır sonra onun yanına qaçıb qucaqlayaraq öpür, Səmayə qızına
qarşılıqlıq verir başını sığallayır. Anasının qoxusunu alandan sonra ona
doyunca sarılanandan sonra Leyla durub öz otağına qaçır, yükyerindən hədiyyələri
götürüb həyətə qonşu evə gedir. Atəş qardaşları ilə həyətdə məkquli oynayırdı. Oğlanlar
uzun çubuğu yerdə cızılan xəttin üstünə atmağa çalışırdı. Leyla onların darvazasına
çatır çatmaz oğlana səslənir:
-
Atəş!
Atəş!
Atəş boylanıb qızın qabağına qaçır:
-
Nə
olub?
Leyla Atəşə şokoladı uzadır:
-
Bax
sənə nə gətirmişəm.
-
Çox
sağ ol!
Oğlan kağızı
açır şokoladı ikiyə bölüb Leylaya verir. Qız öz payını götürür arxada gizlətdiyi
oyuncağı dostuna uzadır:
-
Bax
bu sıçanla ikimiz oynaya bilərik qulaq
as necə səs çıxardır.
Atəş gülümsəyərək qıza deyir:
-
Bu
gün çox sevinclisən.
-
Bəli,
çünki anam sağaladı.
-
Nə
yaxşı! Gördün, mən axı demişdim üzülməyə dəyməz.
Uşaqlar əl-ələ tutub birlikdə digər uşaqlarla
oynamağa gedirlər.
Комментариев нет:
Отправить комментарий