Zümrüyyə Vəliyeva
Kadus – azad quş
Açıq pəncərəyə ağ göyərçin oturur başlayır
quruldamağa. Çarpayıda cavan qız yatıb. Bir yandan qızın üzünə düşən səhər günəşinin
şuaları, bir yanda da göyərçinin qurultusu onu oyadır. Qız yavaş-yavaş gözlərini
açır, pəncərəyə qonan göyərçinə baxır, çarpayıdan durur əllərini yuxarı
qaldırır gərnəşir. Qar kimi ağappağ göyərçin qızın diqqətini cəlb edir, o pəncərəyə
yaxınlaşmaq istəyəndə göyərçin uçur.
Qız tez paltarını geyinir, uzun qıvrım saçlarını toplayıb otaqdan çıxır, bütün ailə
qonaq otağında səhər yeməyini yeyirdi. Alxos qızını görəndə deyir:
-
Mehri
tez əl üzünü yu və bizimlə otur.
-
Ata
məni niyə durquzdurmadız?
Nənəsi cavab verir:
-
Çımı
balə az nıhaştme. Votme ro oməjon, çımı balə bıdə çoç çokinə bıhıto. Hiç hıte
zınəy? (Mənim balam mən qoymadım. Dedim ki, yol gəlmisiz, qoy mənim balam yaxşı
yatsın. Heç yata bildin mi?)
-
Ha,
inə çok hıtim. (Bəli, nənə yaxşı yatdım)
-
Bəvədə
rə bışi ıştə dast-dimi bışışt. (O zaman tez get əl-üzünü yu)
Mehri həyətdəki kranı açıb
əl-üzünü yuyur. Balaca ördək balaları və toyuqlar qızın ətrafına toplaşıllar.
Əl-üzünü yuyandan sonra onları əlinə tutub oxşadır. Qardaşı İmaş evin qapısını
açıb bacısını çağırır. Mehri bir də əllərini yuyub kranı bağlayır tez evə qaçır.
Masada süd, pendir, kəsmik,
nehrə yağı və təndir çörəyi vardır. Hacıbəyim nənə təndir çörəyinə nehrə yağı
sürtüb qız nəvəsinə uzatdı. Zeynəb stəkana isti süd töküb qızının qabağında
qoyur.
Alxos deyir:
-
Qızım yeməyini ye birazdan qəzintiyə çıxarıq. İmaş
oğlum bax Mehri süd içir sən də iç.
Üz yaşlı balaca oğlan başlayır ağlamağa:
-
Yox,
istəmirəm, istəmirəm.
Zeynəb oğlunu sakitləşdirir:
-
Oğlum
süd içsən ata səni gəzintiyə aparacaq.
Babası nəvəsinin başını sığallayır:
-
Bəçəy
sə çavum. Peşom çımı xosə balə. Iştı dədə tıni bo nəve bəbarde, bə aspi pebəşande.
(Başına dönüm. İç mənim gözəl balam. Baban səni gəzməyə aparacaq, ata mindirəcək)
İmaş sevinərək qışqırır:
-
Asp,
asp, asp. (At, at, at)
Üzünü büzüşdürərək yavaş-yavaş südü içir və
ayaqlarını yellədir.
Yeməkdən sonra kişilər atlara minir, qoca kişi İmaşı
qabağında otuzdurur, Mehri isə atası ilə digər atına minib Talış dağlarına tərəf
getdilər. Zeynəb evdə qalıb ev işlərində qaynanasına kömək edir.
Alxos uşaqları Lerikin qədim Orand kəndinə aparır, burada
nekropollar, qoçbaşı abidələri ziyarət edirlər. Uşaqlar qədim qəbirlərin üstündə
günəş və qılınc işarələrinə diqqətlə baxırdı. İmaş fürsətdən istifadə edərək
qoç heykəlinin altında girirdi. Mehri qabağda Oğlan qalasını görəndə atasına
oraya dırmaşmağa təklif elədi. Kişi razı olmadı, onlar ətrafı biraz gəzdilə. Niyətəsığ
deyilən yerə gələndə Alxos yerdən balaca daş qaldırıb böyük daşların üstünə atdı. Atılan daş düz iki böyük daş arasında ilişib
qaldı. Kişinin atası dedi:
-
Çımı
balə ıştı niyət ğabul bəbe inşAllah. (Mənim balam sənin niyyətin qəbul olunacaq
inşAllah)
-
İnşAllah
ata. Canqəmiyon kəndinə gedək. Bəz qalasını qızıma göstərəcəm. İstəyirəm bu tətil
onun yadında qalsın.
Səhər açıldı. Mehri dolaşmış saçlarını darayırdı, pəncərəyə
yenə ağ göyərçin oturdu. Qız təlaşla otağından çıxdı, bir dilim çörəklə
qayıdanda isə pəncərənin qabağında quşu görmədi. Məyus olub çörəyi pəncərənin
qabağına qoyub, saçlarını toplayıb otaqından çıxdı.
Yeməkdən sonra bütün ailə Alxosun maşını ilə meşəyə
getdilər. Yolda Alxos uşaqlarına balaca ikən gəzdiyi yerləri göstərirdi. Nəhayət
onlar Lerikin Kanəlik deyilən yerinə yaxınlaşdılar. Burada yayın istisində
bulaqdan buz kimi su arıxdı. Mehri İmaşın əlindən turub ətrafda çiçəklə çiələk
toplayırdı. Alxos atası ilə manqalı qururdu, Zeynəb qaynanası ilə kabab üçün ətlə
tərəvəzləri hazırlayırdı. Kabab hazır olandan sonra Mehri otun üstünə süfrə sərdi,
ətrafa nalça qoydu.
Sabahsı gün Mehri göyərçinin gəlişinə
hazırlaşmışdı, o tezdən durub pəncərənin qabağına dən səpmişdi və çarpayının kənarında
səbirlə quşu gözləyirdi. Nəhayət quş pəncərəyə qondu, otağın içinə maraqla
baxıb büğdanı dənləməyə başladı. Mehri asta-asta tədriclə pəncərəyə yaxınlaşdı,
quşun qabağında durub həvəslə baxır.
Tədricən göyərmin qıza öyrəşdi. Hər səhər Mehri
yeni dostunu pəncərənin qabağında gözləyirdi, göyərçin özünü oxşamağa qoyurdu. Qız
dolabından balaca qırmızı lenti götürüb göyərçinin ayağına bağladı. Səhərsi gün
lenti görməyəndə Mehri saçlarına bağladığı qırmızı lentin ucundan balaca zolaq
kəsir və göyərçinin ayağına bağlayır.
Növbəti gün göyərçinin ayağında qırmızı lentə bağlanmış kağız parçası görür. Kağızda
bir neçə cümlə yazılmışdı “Salam! Sən kimsən?”.
Qız kağızın dalında cavab yazır:
-
Mənim adım Mehri. Bəs sənin?
Biraz keçəndən sonra göyərçin cavab məktubla qayıtdı “Mən Səbarzam. Əgər quşun sahibini
tanımırsan sa demək sən buralardan deyilsən. Kimin yanına gəlmisən?”. Mehri
cavab yazır: “Mən Bakıdan babamın evinə yay tətilinə gəlmişəm. Buraları
tanımıram”. Birazdan yeni cavab gəldi “O zaman gəl dost olaq. Yol qırağına çıx
səni görüm”.
Mehri göyərçini əlinə tutub otağıdan çıxır. Zal
otağında həmişəki kimi bütün ailə səhər yeməyi yeyirdi. İmaş quşu görən kimi
sevindi:
-
Quş.
Ana bax quş.
Mehri anasına deyir:
-
Anacan
mən indi gəlirəm, quşu sahibinə verim qayıdıram.
Nənəsi deyir:
-
Bu
ki Səbarzın göyərçinidir. Bizim məhəllə uşaqları çox yaxşıdılar. Qızım get, onlarla
tanış ol.
Mehri yol qırağına çıxdı və uzaqdan gələn kepkalı
oğlanı gördü. Oğlan ona yaxınlaşanda göyərçin Mehrinin əlindən buraxılıb
oğlanın çiyninə qonur. Uşaqlar bir birinə baxıb gülürlər.
Bu görüşdən sonra dostlar hər gün yol qırağında
görüşüb Səbarzın evinə gedirdi. Onlar birlikdə digər uşaqlarla oynayırdılar,
sonra fit çalaraq göyərçinləri uçmağa buraxırdılar. Göyərçinlərin uçuşu Mehrini
valeh etdi. Uçuş zamanı bir lələk aşağaya düşürdü, Mehri hoppanaraq onu havada
tutmağa şalışır. Uşaqların gülüşü bütün məhəlləyə yayılır. Mehri Səbarzdan
soruşur:
-
Səbarz
məktub gətirən göyərçinə ad qoymusan mı?
-
Əlbəttə,
adı Kadusdur. O mənim ən sevdiyim göyərçindir.
Mehri quşlardan gözlərini çəkə bilmir, fikirə dalıb
cavab verir:
-
Nə
maraqlı addır. Kaşki mən də Kadus kimi azad olaydım.
Səbarz qıza təəcüblə baxır:
-
Sən
ki ondan daha çox azadsan. Bakıdan ta buraya gəlmisən, o isə öz qəfəsində qalır,
budur mu azadlıq?!
Mehri əllərini göyə tərəf uzadıb dərindən nəfəs alır.
Səbarz ona maraqla baxır:
-
Demə
ki quş olmaq istəyirsən.
İkisi də bərkdən gülürlər, Mehri çalışır ciddi
olsun, başını qaldırıb göyərçinlərin uçuşunu seyr edir:
-
Bu
poçt göyərçinləridir?
-
Əslində
xyususi poçt göyərçin növü yoxdur. Hər bir göyərçini əhlilləşdirib bu vərdiş
yaratmaq olar. O keçmişdə qaldı, indiki dövrdə bu termini nadir hallarda işlənir
əvəzinə “Sport göyərçini” deyillər, ona görə ki, onlar quşçuların yarışlarında
iştirak edir. Mənim göyərçinim “Bakinskiy boynıy” cinsindəndir. Bir bax necə
uçur, atam Bakıdan iki dənə gətirmişdi, sonra mən çoxaltdım. İndi isə sakit qal
və qulaq as.
Səbarz gir göyərçin əlinə qoyub onu yüngül əl hərəkətləri
ilə yuxarı atır, göyərçin qanadları ilə yavaş yavaş çırpır, amma uçmur. Oğlan bir də təkrar edir və göyərçin qanadları
ilə tez-tez çırparaq, havada fırlanaraq başı üstə çevrilir, qanadlarını bərk
çırpanda şaqqıltı səslər çıxardır. Sonra digər göyərçinlərlə çox yüksək qalxıb
havada üfqi vəziyyətdə qalaraq tez dombalaq aşır, bu an yenə çıqqıltı səsləri eşidilir. Quşların
yarısı çox yüksək qalxır, onları görmək çətin olur.
-
Bu
nə səslərdir.
-
Çıqqıltını
eşidin mi? Bax buna görə onlara boynıye deyillə, çıqqıltıynan oynayıllar.
Uçuşun davamına görə Bakı göyərçinləri rekordsmendir, təsəvvür elə iki saatdan
on iki saata kimi uçullar.
Göyərçinlərin uçuşunu seyr edəndən sonra günorta
yeməyi Mehri Səbarzın evində yeyir. Sonra Səbarz otağındakı yükyerinin üstündə
olan ayaqqabı qutusunu çıxardıb onun yanına gətirdi. Qutunun içində marka albomunu
çıxartdı. Səbarz böyük fəxrlə illərdir topladığı markaları dostuna göstərir. Hər
markanın toplanma hekayəsi və öz tarixini danışır. Mehri deyir:
-
Demək
sən həm də filatelistsən
-
Bəli,
göyərçinlərdən başqa markalara maraqlanıram.
Qız diqqətlə qulaq asıb markalara maraqla baxırdı,
onun diqqətini 2009-cu ili buraxılışı olan ilk azırbaycanlı təyyarəci qadın
Leyla Məmmədbəyovanın 100 illiyinə həsr olunmuş marka cəlb etdi. Sonra 1983 ilə
aid ilk qadın kosmonaft Valentina Tereşkovanın təsviri olan Bolqariya markasına,
2013-cü ilə aid Azərpoçtun Tereşkovaya həsr etdiyi, qadının ilk dəfə olaraq
kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş markasına baxır. Üzərində göyərçinlərin
təsviri olan Azərpoçtun 2007-ci ilin buraxılışı “Göyərçinlər” seriyalı
markalara baxır. Ümumdünya poçt gününə həsr olunmuş 10 oktyabr 2014-cü ildə
dövriyəyə buraxılmış “Göyərçinlər” seriyası ilə 4 markalı “Kryukovskiy”,
“Odesskiy turman”, “Kievskiy svetlıy” və “Nikolaevskiy svetlıy” göyərçinlər
növü markaları Səbarz üçün əmisi Ukraynadan gətirmişdi. Əmisi Səbarzın həm göyərçinlərə
həm də markalara xyususi həvəsi olduğunu bilərək bu hədiyyəni vermişdi.
Mehri oğlana muraciət edir:
-
Səbarz
sənin quşların burda da var.
-
Əlbəttə!
Çox saylı markalar içində Birləşmiş Millətlər gününə
həsr olunmuş 1944-cü ilin buraxılışı olan, ABŞ, Çin və Böyük Britaniyanın
bayrağı təsvir olunan marka, 1994-cü ilin buraxılış markası olan “Qafqaz
kurortları”, Azərpoçtun “Vəhşi heyvanlar”
seriyasından üzərində vaşaq təsviri olan marka, 2000-ci ilə aid Sidneydə
keçirilən Olumpiya oyunlarına aid güləşçilərin təsviri olan marka. 2011 ci ilin
buraxılışı Dəmirağacının təsviri olan
marka,
Adları qırmızı kitaba düşən bitki, heyvan və quşlar növü ilə məhşur Hirkan Milli
parka həsr olunmuş, Talış dağlarında yerləşən million illik yaşı olan möhtəşəm
meşələrdə olan xallı maral, cüyür, adi vaşaq, daş dələsi, iri ağacdələn, qara
leylək, qıvrımlələk qutan, mərmər cürə kimi heyvanlar markada təsvir
olunmuşdur. Səbarz Mehriyə müraciət etdi:
-
Mehri
sən Hirkan parkında olmusan mı?
-
Xeyir,
amma onun haqqında oxumuşam.
Səbarz gülür:
-
Imən
tolış! Kinə oxumaq yox, orda olmaq lazımdır. (Bu da talış! Ay qız...)
Səbarz həmişəki kimi Mehrini yolun qırağında gözləyirdi,
xeyli vaxt keçəndən sonra, qızın gəlməyəcəyini anlayanda evinə qayıtdı. Kadusun
ayağına məktub bağlayıb buraxdı. Quş cavabsız məktubla qayıdanda, o dözməyib Mehrinin babasının evinə getdir. Darvaza
açıq idi, oğlan içəri girdi həyətə heç kəs yox idi. Əvvəl Səbarz evin qapısını
döymək istədi, amma çəkindi və Mehrinin otağının pəncərəsinə tərəf getdi. Mehri
çarpayıda alnında tənziflə uzanmışdı. Çöldən Səbarz onu yavaş səslə çağırırdı.
Qız çarpayıdan tez durub paltar dolabın arxasında gizləndi. Pəncərə yüksən
olduğuna görə Səbarz otağın içini görmürdü. Gücbəlaynan divara dırmaşdı və pəncərəni
döydü. Amma içəridə Mehrini görməyincə məyus oldu:
-
Ha
Xıdo ım kinə bə kovrə şə? (Ay Allah bu qız hara gedib?)
Evin çöl qapısı açıldı nənənin səsi gəldi, Səbarz pəncərədən
tez düşüb ağacın arxasında gizləndi. Nənə anbara girəndə oğlan həyətdən tez uzaqlaşdı.
Həmin gün Səbarz kefsiz idi. Baxçada xeyli armud dərirdi.
O hər səhər dostunun gəlişini yolun qırağında gözləyirdi.
İki gündən sonra Mehri Səbarzın yanına gəldi. Oğlan
sanki onu görmürdü.
-
Salam
Səbarz! Necəsən?
Oğlan çömələrək oturmuşdu cavab vermirdi, əlindəki
çubuqla torpağı qazırdı, Mehri pərt olub yanda oturdu:
-
Məndən
küsmüsən mi?
-
İki
gündür səndən xəbər yoxdur. Harda idin? Bilirsən səni nə qədər gözləmişəm?
Mehri belə cavabı gözləmirdi, içindəki əcaib sevinc
hissini gizlədərək cavab verdi:
-
Səni
gözlətdirdiyimə görə üzür istəyirəm, amma mən həqiqətən bilmədim ki, belə
alınacaq. Biz... biz qonaq getmişdik.
-
Bəs
onda niyə xəbər etmədin? Mən Kadusu göndərmişdim, sən mənim məktubumu cavabsız
qoymuşdun.
-
Bilirsən,
biz...
Mehri nə cavab verəcəyini fikirləşirdi,
barmaqlarını əzirdi:
-
Biz
Lənkarana qonaq getmişdik, hər şey anidən
oldu, ona görə xəbər verə bilmədim. Səbarz məni bağışla.
Səbarz tələsmədən
qızın cavabını dinlədi, sonra əlindəki çubuğu atıb qalxdı:
-
Gəl
gedək bizə, sənin üçün armud toplamışam.
Dostlar həyətdə ördək və cücə balaları ilə
oynayırdılar, dağlardan əsən güclü külər qızın saçlarındaki qırmızı lenti
çıxartdı. Mehrinin qıvrım və uzun saçları önünə töküldü, külək hey oynayırdı onun
saçları ilə. Səbarz ona baxıb güldü, Mehri qalxıb lenti götürmək istəyəndə külək
onu uzağa uçurtdu. Səbarz qaçıb tez
lenti yerdən qaldırdı. Mehri lenti almaq üçün əlini uzatdı. Qızın dağınıq
saçları Səbarzı güldürürdü, o başladı
qızdan qaçmağa. Mehri əsəbləşib onu tutmağa çalışdı, oğlan bərkdən gülərək dedi:
-
Ha
ha ha. Sənin saçların nə gündərir. Mehri yazıq lent onlara tab gətirə bilmədi.
Ha ha ha.
Mehri onun dalınca qışqırır:
-
Sənə
deyirəm lentimi ver, eşitmirsən! Ver yoxsa pis olar!
Səbarz cavab verdi:
-
O zaman gəl götür.
Onlar bağçada qaçırdı, Mehrinin səsi gəlməyincə Səbarz
arxaya boylandı. Mehri bir əli ilə sinəsindən tutmuşdu, o biri ilə armud
ağacına söykənərən ağır nəfəs alırdı. Oğlan dostuna yetişdi. Mehrinin dodaqları göyərmişdi,
ağır nəfəs alırdı. Səbarz çox qorxdu:
-
Mehri
nə olub sənə? Yaxşı üzülmə al götür lenti. Sən yaxşısan mı? Sənə su gətirim mi?
Mehri cavab vermədi, yerə oturub özünə gələndən
sonra saçlarını topladı və babasının evinə qayıtdı.
Axşam bütün ailə üzvləri açıq pəncərə qabağında
oturub qarpız yeyirdilər. Alxos qızına müraciət etdi:
-
Mehri
yeni dostların xoşuna gəlir mi?
-
Bəli
atacan yaxşı uşaqlardır.
-
Sən
onları buraya dəvət elə biz də tanış olaq.
-
Oldu,
bir gün onları bura dəvət edəcəm.
-
Qızım
uşaqlar birdən qaçmaq ya da ağaca dırmaşmaq təklif etsə, razı olma. Özün bilirsən
ki, biz bura sənin təmiz hava almağın üçün gəlmişik. Səhətinə diqqət et.
-
Narahat
olma atacan. Mən bilirəm.
Mehri yeni dostlarını babasının evinə dəvət etdi, nənəsi
qonaqlar üçün əriştə plov turşu kakabı ilə bişirmişdi. Valideynləri qızın yeni
dostlarına çox şad idilər. Atası uşaqların nə ilə məşqul olduğunu və dərslərdən
soruşurdu. Uşaqlar artıq söz verdilər ki, hər il yay tətilində hökman bir yerə
yığışacaqlar.
Yenə həmişəki kimi Səbarz yolun kənarında Mehrini
gözləyirdi, qız gəlməyincə Səbarz getdi onların evinə. Açıq darvazadan həyətə
girdi və evin qapısını döydü. Qapını Hacıbəyim açdı, ağbirçək qadının gözləri
qızarmışdı, yorğun görsənirdi. Oğlan salam verdi:
-
Salam
nənə! Mehrini cağıra bilərsiniz mi?
-
Oğlum
Mehri evdə yoxur.
-
Hara
getdi ki?
-
Onun
halı pisləşdi atası təcili Lənkarana apardı.
-
Necəyəni
halı pisləşdi?! Ona nə oldu ki?
-
Mehrinin
ürəyi zəifdir, balam bu dəfə çox pis oldu, Alxos onu axşam Lənkarana apardı.
-
Bəs
haçan qayıdacaqlar?
-
Bilmirəm
oğlum Allaha dua edirəm ki, balam sağalsın.
Səbarz pərişan
durumda evinə qayıdır. Nənənin dediklərinə inana bilmir, dünən oynadığı qız,
onunla deyib gülən Mehrinin halı pisləşib. Axı Mehri xəstə deyildi, axı bu necə
ola bilər. Yolda onu dostu Zafər görür:
-
Salam
qardaşım! Nə olub sənə? Yanımdan çekirsən heç salam da vermirsən.
-
Bağışla
Zəfər mən təcili Lənkarana getməliyəm.
-
Niyə
ki? Nə olub?
-
Dostumun
halı pisləşib. Onu görməliyəm
-
Ayıb
söhbətdir, qardaşın ölməyib ki. Burda gözlə indi atanın maşınını bura gətirəcəm.
-
Çox
sağ ol dostum. Bu yaxşılığı heç unutmaram.
Çox keçmədi ki, Zəfər maşınla Səbarzın yanına gəldi,
onlar Lənkarana yola çıxdılar. Mərkəzi xəstəxanaya çatanda Səbarz maşından
çıxıb girdi içəri. Yenicə gələn xəstənin qardaşı olduğunu deyib xəstəxanada
palataları bir-bir axtarır. Bu an 75 nömrəli palatadan Alxos çıxır, oğlan onun
qabağına qaçır:
-
Alxos
dayı nə yaxşı ki Sizi tapdım. Mehri necədir?
-
Sən
burda neyniyirsən? Bizi necə tapdın?
-
Hacıbəyim
nənə dedi. Nə olar mənə deyin Mehri necədir?
-
Oğlum
Mehrini çox ağır vəziyyətdə aritmiya tutması ilə bura gətirdik. Həkimlər ürəyinə dərman vurdular xyususi
apparatla ürəyinə tok vurub həyata qaytardılar. Qızım gücbəlaynan özünə gəlib.
-
Axı
bu necə ola bilər? Mehri axı yaxşı idi.
-
Qızımın
ürəyi zəifdir, illərdir davam edən
müalicə bir nəticə vermədi, yanlız ürək köçürməsi qızımı xilas edə bilər.
Amma donor ürək tapmaq çox çətin işdir.
-
Necə
yani? Sizə növbə çatmayıb mı?
-
Eh
Səbarz, kaşki hər şey fikirləşdiyin kimi asand olsaydı. Dünyada bizim kimi minlərlə
insanlar illərdir donor gözləyir. Çünki rəhmətə getmiş insanların qohumları ehtiyyacı
olan xəstələrə orqanlarını vermək istəmir. Onlardan bunu tələb etmək də düzgün
deyil.
-
Amma bunun nəyi pisdir ki? Axı rəhmətə getmiş
uşağın orqanı onun nəyinə gərək?! Orqanları verməklə başqa xəstələrin həyatını
qurtara bilərlər. Bu ki gözəldir, onlar başqalarına həyat vermiş olur.
-
Oğlum
kaş ki hamı sənin kimi düşünsəydi.
Bu zaman Zeynəb palatadan çıxarkən göz yaşlarını
silir. Səbarzı görüb təəcüblənir:
-
Oğlum
sən burda neyniyirsən?
-
Mən
Mehrini görməyə gəldim.
-
Evdəkilər
sənin burda olduğuni bilir mi? Bax sonra problem olacaq get evinə.
-
Xahiş
edirəm, nə olar icazə verin Mehrini görüm.
-
Oğlum
Mehri yatıb, onu narahat etmək qəti olmaz.
Alxos əlini yoldaşının çiyninə qoyur:
-
Xanım
igid Lerikdən Mehrini görməyə gəlib, eybi yox qoy görsün.
Səbarz palataya girir, Mehri çarpayıda uzanmışdı,
dodaqları göyərmişdi. Qollarına aparaq qoşulmuşdu, monitorda ürək döyüntüsünün
diaqramı görsənirdi. Palatadakı səssizliyi yanlız aparatın səsi pozurdu. Qızın
uzun saçları səliqə ilə toplanmışdı. Səbarzın gözləri doldu, o inana bilmirdi
ki, qarşısında uzanan qız həmişə deyib gülən Mehri idi. O Mehri ilə keçirtdiyi
anları xatırlayırdı, qısa vaxtda bu qızın onun üçün nə qədər əziz olduğun indi
anlayırdı. Dostuna nə qədər darıxdığını anlatmaq istəyirdi. Səbarzın ürəyi qəribə
döyünürdü, əlləri titrədi, ağlayaraq Mehrinin qulağına pıçıldadı:
-
Mehri
nə olar ölmə! Nə olar məni buraxma. Dur əvvəlki kimi səninlə göyərçinləri
uçurdaq.
Zeynəb yoldaşı ilə palataya qayıdır, Səbarz dərhal
qollarını üzünə sürtüb göz yaşlarını silir:
-
Xala
mən sizə necə kömək edə bilərəm?
-
Oğlum
dua elə, inşAllah qızım biraz özünə gəlsin. Onu Bakıya aparıb suni ürək köçürdərik.
Kaş ki biri bizi anlayıb rəhmətə getmiş yaxının ürəyini versəydi.
Alxos yoldaşına cavab verir:
-
Neyniyək
xanım. Mən bütün pullarımı verəcəm, yetər ki qızım sağalsın. Bütün mülkimi satdım artıq, bircə Mehri yaxşı
olsun, ona dərhal suni ürək qoyacaqlar.
-
Ay
kişi ona suni yox həqiqi ürək lazımdır.
Səbarz palatada biraz oturandan sonra Zəfərlə evinə
qayıdır. O təlaşla həyətdə böyük qəfəs tapıb göyərçinlərini oraya yığır. Anası
oğlunu bu halda görür:
-
Çiç
bə çımı balə? (Nə olub mənim balam?)
Səbarz cavab vermir həyacandan qəfəsin qapısını
bağlaya bilmir.
-
Zə
mıni məsdəj? Az de tınim oxu. Çiç bə?
(Ay oğlan məni eşidirsən? Səniynənəm axı. Nə olub?)
Səbarz cavab verir
-
İnə
vaxtım ni, omeədə bə tı bəvotem. (Ana vaxtım yoxdur, gələndə sənə deyəcəm)
-
Çiç?
vaxtı ni? Esətnə cəvonon i kəlmə vote zındənin. Tı hələ təmşo bıkə. (Nə? Vaxtın
yoxdur? İndiki cavanlar bir kəlmə deyə bilmir.)
Səbarz qəfəslə evdən çıxır. O sürətini artıraraq başqa
məhəlləyə girir. Xeyli qaçandan sonra göy darvazanın qabağında dayanır,
darvazanın qapısını döyür. Qapını güllü ləçəkdə qadın açır. Oğlan qadına müraciət
edir:
-
Salam!
Pəri xala Şırzodu çağırın.
-
Balə
bə kə dəşi. (Bala evə gir)
-
Ne,
xalə! Mən tələsirəm. Xahiş edirəm Şirzadı çağırın gəlsin. Ona deyin ki, təcilidir.
-
Çok,
çaşkə esə omdə. (Yaxşı, gözlə indi gəlir)
Bir neçə dəqiqədən sonra kök balaca boylu oğlan əlinbə balaca tikə
çörəklə çıxır, addımlayarkə əlindəki çörəyi
tez ağzına salır:
-
Salam!
Boy dəşi bə kə, nün bəhə. (Evə gəl, körək ye)
-
Ne,
səğ bi boli! Sən məndən hələ də göyərçin almaq istəyirsən mi?
-
Bəli,
istəyirəm.
-
O
zaman al, hamsını satıram.
-
Gərçəktən
mi? Zarafat etmirsən?
-
Yox,
amma tez ol, mənim vaxtım yoxdur. Mənə təcili pul lazımdır.
-
Yaxşı,
amma köhnə qiyməti ilə, bax ha!
-
Yaxşı
danışdıq. Ala bu da onların sabahki yemi. Sabah ya da biri gün sənə kömək edəcəm
onlar üçün xyususi yer düzəldəcəyik, taxdadan rəflər və yem təknəsi tikərik,
bax bunlar çox önməlidir. Cücülərin göyərçinlərə zərər verməməsi üçün
yuvalarını tez tez təmizlə.
-
Əşi
bilirəm. Gözlə indi pulları gətirəcəm.
Şirzod
evə getməmiş qəfəsə baxır, göyərçinlərə göz gəzdirir:
-
Amma
burda Kadus yoxdur. Mən Kadusu da istəyirəm.
Səbarzın boğazı quruyur, çətinliklə udqunaraq cavab verdi:
-
Burda
on doqquz dənə quş var, nə qədər verəcəksən?
-
200
manat.
-
Nə?
Sən dəli olmusan?! Bunlar cins quşlardır, biri 20 manatadır. Mən onların
hamısını sənə verirəm. Bilirsən mən nə zülümlə onları yetişdirmişəm. Bəs
Kadusla nə qədər verəcəksən?
-
Yaxşı,
yaxşı hirslənmə. Kadusu də qətir sənə 300 manat verəcəm.
-
Azdır,
sənə Bakinskiy boynıy göyərçinləri verirəm, bu helə belə göyərçinlər deyil.
Şırzod mənə çox pul lazımdır. Çox önəmlidir. Əgər çətinliyə düşməsəydim özün
bilirsən mən olnarı satmazdım. Ya indi 400 manat ver ya da mən başqasına
satacam.
-
Yaxşı
qardaş əsəbləşmə atamla danışacam sənə 400 manat verəcəm sən Kadusu da gətir.
-
Kaş
ki, bu gün min manat toplaya bilsəydim yaxşı olardı.
-
Ooo,
bu qədər pulu sənə kim verəcək?
-
Mənim
markalarım var. Kolleksiyamı da satıram,
alırsan mı?
Şirzod gülümsəyərək cavab verir:
-
Çox
istiyərdim, ondan yaxşı pul qazanmaq olar, illər ötdükcə onlar daha da qiymətli
olacaq, amma pulum yoxdur. Yaxşısı budur sən onları Canəliyə sat.
Səbarz qəfəsi Şirzodun həyətində qoyub evinə
qayıtdı. Yükyerindəki böyük ayaqqabı qutusunu götürür. Həyətdə bir böyük qəfəs
tapıb Kadusu salır içinə. Şirzodun evinə qayıdır. Bu vaxt Şirzod barmaqlarını qəfəsin
aralrına salıb göyərçinlərlə oynayır. Səbarzı görəndə sevinci daha da artır:
-
Kadus,
Kadus mənim quşum.
-
Şirzod
xahiş edirəm onlara yaxşı bax. Nə sualın oldu məndən soruş mən arada gələcəm. Bax
kağızda quşlara lazım olan dərmanlar və vitaminlərin adlarını yazmışam, bunları
mütləq al.
-
Sən
nə demək istəyirsən ki, mən onlara baxa bilməyəcəm.
-
Mən
elə demədim. İlk günlər onlara baxmaq çətin olur, əgər baxmasan xəstələnə bilərlər.
Bax bir qəfəs də sənə gətirdim, yarısını bura yarısını da ora salarsan.
-
Yaxşı,
darıxma onlara səndən də yaxşı baxaram, ala götür pulunu.
Səbarz pulu götürür, ayaqqabı qutusunu qoltuq
altına qoyub ordan uzaqlaşır. Qapı qonşu olduğu Canəlinin evinə gedir,
darvazanın qapısını döyür:
-
Salam
xalə! Zəhmət olmasa Canəlini çağırın.
-
Əleykə
salam! Canəli futbol oynamağa gedib, amma bu vaxata kimi qayıtmalı idi, gəl içəridə
gözlə.
-
Yox,
xala mən burda gözləyəcəm.
Səbarz küçədəki ağaca söykənərək oturur. Dizləri
üstə qoyduğu ayaqqabı qutusunu açır və illərdir topladığı müxtəlif ölkələrin markalarına
baxır. Göyərçin təsviri olan markanı nəvazişlə hamarlayıb yerinə qoyur.
Cənəli digər dostları ilə evinə qayıdır və
darvazanın yanında Səbarzı görür:
-
Səbarz
harda idin? Niyə futbola gəlmədin? Ah bir görsəydin bizim komanda necə
oynayırdı.
-
Canəli mənim işi çıxdı gələ bilmədim.
-
Hə,
eybi yox, amma gələ dəfə mütləq gəl çünki mən zədə aldım, bax ayağım necə
şişib, amma yenə də dözüb oynadım.
-
Canəli
mənə təcili pul lazımdır.
-
Nə
qədər?
-
Min
manat.
-
Ooo,
məndə o qədər yoxdur. Sənin başın xarab olub?! O qədər pulu mən hardan tapım.
-
Yox,
bilirəm yoxdur, sənə markalarımı satıram. Şirzod dedi ki, sən marlkalarla
maraqlanırsan.
-
Mən
yox atam maraqlanır. Markalar səndədir? Burda niyə dayanmısan? O zaman gəl keç
içəri. Ata! Ay Ata!
Oğlanlar həyətə girdi. Canəlinin atası evdən çıxdı.
Səbarzın gətirdiyi markalara bir-bir baxıb, onun öz kolleksiyasında olmayan
markaları oğlandan aldı. Səbarz marakaların satışından yanlız 230 manat ala
bildi. Qalan satılmayan markalarını karobkaya yığıb evinə getdi.
Səhərsi gün Səbarz
dostu ilə Lənkarana getdi. 75 nömrəli
palatanın qapısını döyür, cavab gəlmir, ikinci dəfə döyəndən sonra içəri girir.
Palata boş idi, oğlan hər tərəfə boylanıb Mehrini axtarır. Palatadan çıxıb
qapıdaki nömrəyə baxır. Yox səhf deyil 75 nömrəli palatadır:
-
Ay
Allah axı bu palata idi, məgər mən dünən
palatanın nömrəsini səhf salmışam. Zeynəb xala! Alxos dayı hardasız?
Dəhlizdə sakitçilikdir, Səbarz bir-bir qonşu
palataların qapılarını döyüb açır, birində yaşlı kişi, digərində balaca uşaq
anası ilə uzanıb. Oğlan yenə də Mehrinin valideynlərini cağırır:
-
Alxos
dayı, Zeynəb xala hardasız?
Hay-küya tibb bacıları çıxır:
-
Nə
olub? Bu nə hay-küydür?
-
Bağışlayın,
dünən sizə gətirilən cavan qızı axtarıram. Adı Mehridir, onu Lerikdən gətirmişdilər.
-
Ay
uşaq burda xəstələr yatır, sakit ol! Mehri kimdir? Sakitliyə riyayət et. Tez
çıx burdan.
-
Mən
Mehrini axtarıram. Mehri hardadır?
Bu an onlara baş həkim yaxınlaşır:
-
Bu
nə biyabırçılıqdır?! Kim oğlanı buraxdı? Tez çıxardın onu burdan!
İki orta yaşlı tibb bacısı oğlana yaxınlaşdı, Səbarz
onların arasından keçib digər palataların qapılarını təlaşla açır. Tibb bacılar
oğlanı qollarından tutdu, oğlan muqavimət göstərərək onların əlindən buraxılır
və heç nəyə baxmayaraq palatalara tərəf qaçır. Tibb bacıların köməyinə gözətçi
yetişir, o cəld hərəkətlə Səbarzı qollarında tutur:
-
Buraxın
məni! Mehri! Mehri!
-
Aha,
tutdum səni. Tez çıx burdan səni yaramaz dələduz.
-
Buraxın
məni nə olar! Buraxın. Mehri! Mehri hardasan? Mən Mehrini görməliyəm. Xayı
xahiş edirəm buraxın məni.
Hay-küya palatalardan xəstələrin qohumları çıxır, onlar bu mənzədəni
təəcüblə izləyib öz aralarında pıçıldaşıllar.
-
Xahiş
edirəm dayı mən Mehriyə önəmli söz deməliyəm. Buraxın məni.
Səbarz gözətçinin əllərindən buraxılır qaçmaq istəyəndə
yıxılır cibində olan pullar yerə səpələnir. Onları izləyənlər ah çəkir. Gözətçi
Səbarzı yerdən qaldırıb həyətə çıxardır. Səbarz pilləkanda oturub hönkür-hönkür
ağlayır. Birazdan tibb bacıları yerdən yığdığı puları gətirib oğlana verir.
-
Say
gör düzdür? Ay bala sən o qədər pulu neyniyirsən? Valideynlərinin səndən xəbəri
var mı?
Səbarz hönkür-hönkür ağlayır qolları ilə göz yaşlarını
silir.
-
Bu
Mehrinin əməliyyat pullarıdır. Xahiş edirəm xala deyin mənə Mehri hardadır.
Tibb bacıları bir birinə baxır:
-
Axı
kimdir Mehri, onun soyadını de.
-
Soyadını
mən bilmirəm, dünən Lerikdən onu sizə gətrmişdilər.
Tibb bacısı fikirə gedir:
-
Dünən
bizə bir neçə qızı gətirmişdilər. Hə, dayan xatırladım. Bir cavan qızı
palatadan dərhal reanimasiya apardılar ona gipertrofik kardiomiopatiya diaqnozu
qoymuşdular.
Yanındaki tibb bacısı təsdiqləyir:
-
Ay
sağ ol! Amma oğlum onun vəziyyəti pisləşdi və qızı təcili Bakıya apardılar
Zəfər dostunu maşında səbirsizliklə gözləyirdi.
Radionu qoşub mahnı axtarırdı. Səbarz maşına yaxınlaşır. Zəfər dostunun
halından məmnun qalmayaraq sual verir:
-
Nə
oldu? Pis xəbər mi var?
-
Zəfər
məni Bakıya apara bilərsən mi?
-
Mən
necə aparım ki? Mən maşını Bakiya qədər sürməmişəm ki. Mən bacarmaram ki.
Səbarz əlləri ilə üzünü tutub ağlayır.
-
Axşam
özünə gəlmişdi, amma səhərə yaxın halı yenə pisləşdi, onu Bakıya apardılar.
-
Dostum
bax mən buraları yaxı tanıyıram, dedin Lənkarana, gəldik Lənkarana. Amma biz
axı bilmirik qızı hansı xəstəxanaya aparıblar, harda olduğunu bilmirik. Mən
Bakıya gedə biləmər, yolarda azaram. Yaxşısı budur gedək evimizə. Onların hara
getdiyini Hacıbəyim nənədən soruşmaq lazımdır.
Oğlanlar Lerikə qayıdır. Zəfər Hacıbəyimin evinin yanında maşını saxlayır.
Bu dəfə həyətin darvazası bağlı idi. Səbarz darvazaya yaxınlaşıb qapını döyür.
Qapını açan olmur, divara dırmaşıb aşır. Evdə işıq yanmırdı, Səbarz qapını
döydü, yenə açan olmadı, bir-bir pəncərələrdən baxıb səslənirdi:
-
Hacıbəyim
nənə! Hacəbəyim nənə!
Zəsər isə nənənin qonşularının evinə qedir. Birazdan
dostlar maşının yanında görüşüllər. Zəfər təngənəfəs olub deyir:
-
Qardaş
qonşu dedi ki, Hacıbəyim nənə sübh səhər Bakıya yola düşüb, toyuq cücələrini də
onlara tapşırdı. Amma sonra gunorta başqası zəng elədilər ki, qırx gündən sonra
ev sahibləri qayıdacaqlar.
Səbarz evinə yorğun qayıdır, masanın arxasında hirsli
atası oturmuşdu, anası isə başını aşağa salıb yaylığının ilmələrini əlində
oynadırdı. Səbarz astaca içəri girib öz otağına yollandı. Atası ona baxmadan
dinləndi:
-
Harda
idin?
Səbarz geriyə qayıtdı, başını aşağa salıb susur.
-
Səniynənəm,
harda idin?
Səbarz çaşqın idi, qəmli səslə cavab verir:
-
Zəfərlə.
-
Mən
soruşdum ki, harda idin?
Səbarz başını aşağa salıb dinmir.
-
Zəfərlə
hara getmişdin?
Oğlan dinməyəndə kişi qəzəblənərək ona yaxınlaşır və
köynəyini dartır:
-
Səniynənəm
mənə cavab ver.
Bu an Səbarzın cibindən pullar yerə səpələnir.
Atası pulları yerdən qaldırır və daha da qəzəblənir:
-
Bunlar
nədir? Bunları hardan götürmüsən.
Əlindəki olan pulları oğlanın üzünə atır. Cavab gəlməyincə
bir şillə vurur oğluna. Səbarz zərbədən biraz kənara çəkilir, amma hec bir
cavab verməyərək yerə baxır. Kişi qayşını çıxardır. Anası qorxaraq özünü oğlunu
önünə atır:
-
Ay
kişi, yalvarıram eləmə! Uşağı döymə.
Əri hirsdən dişlərini sıxaraq deyir:
-
Səkinə
çəkil önümdən yoxsa səni də vuraram.
-
Yalvarıram
nə olur döymə onu.
-
Küçük
səniynənəm, de görüm bu kimin pullarıdır? Sənin kimi başı boş dostunla atasının
maşınına minib Lənkarana gedirsiz şeyinlənirsiz, sonra da axşam cibində
pullarla evə qayıdırsan. Sizin on səkkiz yaşınız tamam olmayıb hələ, axmaq
dostuvun sürücülük vəsiqəsi olmaya səni maşınla gəzdirir. Birdən qəza törətsəydiniz?
Birdən Lerikin göngələrinin birindən aşsayrdız, yada bir adamı vursaydız. Sən
bunu öz balaca beyninlə fikirləşdin mi?
-
Ay
kişi qurbanın olum uşağı vurma o göyərçinlərini və markalarını satdı, o pullar
Səbarzındır.
-
Nə?!
Demək oğlum məndən xəbərsiz işlər çevirir, elə mi? Səkinə sənin xəbərin varidi
mi?
Kişi əlindəki qayşı yuxarı qaldırır və oğlunu
vurmaq istəyir. Qadın iki əlli onun qolundan tutur.
-
Qurbanın
olum, nə olur döymə. Bax uşaq heç yaxşı deyil, qoy bir özünə gəlsin hər şeyi
anlatacaq.
Kişi əlini aşağa salır:
-
Anana
dua et ki, bu gün sənin canını almadım.
Rədd ol, gözüm səni görməsin! Bu gündən cəzalısan, sabahdan heç yerə getməyəcəksən.
Otur otağında və bugünki etdiyin qələti fikirləş, harda səhf etdiyini fikirləş.
Səniynən sabah söhbət edəcəm.
Səbarz sanki başqa yerdədir, atasını eşitmirdi.
Anası dönüb onu qolundan tutb otağına apardı və arxasınca qapını bağladı. Sonra
mətbəxə keçib şam yeməyini isti elədi, padnosa təndir çörəyi və bozbaş qoyub
oğlunun otağına girdi. Səbarz çarpayının qırağında oturmuşdu döşəməyə baxırdı.
-
Mənim
gözəl oğlum səhərdən evdən çıxmısan, ac olarsan bax sənə yemək gətirdim.
Qadın kənarda duran stulu çarpayının yanında qoyur,
üstünə padnosu qoyur. Oğlunun yanında çarpayının kənarında oturur. Səbarz
reaksiya vermir. Səkinə oğlunun üzünə diqqətlə baxır. Zərbədən oğlanın burnu
qannamışdı, qadın dəsmalla asta-asta qanı silir.
-
Ay
Allah, belə də uşağı döyəllər.
Səbarzın başını sığallayır:
-
Mənim
Səbarzım, mənim gözümün işıqı, inə bəştı ğıbon, çiç bə çimı balə? Iştə dardi bəştə
inə bıvot.
Səbarz yorğun gözlərini qırpıb anasına tərəf başını
fırladır, dərindən ah çəkir, gözləri yaşla dolur, dodaqları titrəyə-titrəyə
cavab verir:
-
İnə
o birdə buraya gəlməyəcək. Heç vaxt gəlməyəcək.
-
Kim
gəlməyəcək? Gözəl oğlum.
-
İnə
Mehri öldü.
Bu sözlərdən sonra Səbarz başını yastığa basıb
zarıldayaraq ağladı.
Комментариев нет:
Отправить комментарий