30-cu illərin repressiya qurbanlarından olan Zülfüqar Əhməd oğlu Əhmədzadə 1898-ci ildə Talışın cənnət guşələrindən biri olan Astara rayonunun Pensə (Butəsə) kəndində dünyaya göz açmışdır. O, dövrünün görkəmli şairi, publisisti, tərcüməçisi, eyni zamanda böyük ictimai-siyasi xadimi olmuşdur. Azərbaycan tarixində və ədəbiyyatında onun özünəməxsus yeri vardır. Məhz Əhmədzadə yaradıcılığının təsiriylə Talış xalqı onlarla, bəlkə də yüzlərlə istedadlı vətənpərvər oğul yetişdirmişdir. Z.Əhmədzadənin 30-cu illərdə Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olmuşdur.


