понедельник, 27 июля 2015 г.

Kadus – azad quş



Zümrüyyə Vəliyeva

Kadus – azad quş
Açıq pəncərəyə ağ göyərçin oturur başlayır quruldamağa. Çarpayıda cavan qız yatıb. Bir yandan qızın üzünə düşən səhər günəşinin şuaları, bir yanda da göyərçinin qurultusu onu oyadır. Qız yavaş-yavaş gözlərini açır, pəncərəyə qonan göyərçinə baxır, çarpayıdan durur əllərini yuxarı qaldırır gərnəşir. Qar kimi ağappağ göyərçin qızın diqqətini cəlb edir, o pəncərəyə yaxınlaşmaq istəyəndə göyərçin uçur.
Qız tez paltarını geyinir, uzun qıvrım  saçlarını toplayıb otaqdan çıxır, bütün ailə qonaq otağında səhər yeməyini yeyirdi. Alxos qızını görəndə deyir: