четверг, 11 июня 2015 г.

PAYIZ NƏĞMƏSİ



Gələn bir payızdı öz nəğməsiylə, 
Külək pıçıldayır yarpaq səsiylə,
Hər yarpaq özündən bir səs çıxarır, 
Küləksə bunları qələmə alır. 

Quru yarpaqların o kövrək səsi, 
Küləklə yaradır payız nəğməsi, 
Qoşulub yağışda həzin tək yağır,
Bu dahi əsərə oda rəng qatlr. 

Külək bərkidikcə səs qalxır zilə, 
Yağışda durmadan yağır sürətlə, 
Bir yandan göylərdə ildırım çaxır,
Getdikcə həyəcan daha da artır. 

Günəş çıxmasıyla hər şey dəyişir,
Bu dahi əsərin sonu yetişir, 
Gecədən çalınan payız nəğməsi, 
Sabah günəşilə sonuna yetir. 

AYTƏN  EYVAZON


2 комментария: