четверг, 4 июня 2015 г.

Su pərisi



Zümrüyyə Vəliyeva

***Su pərisi ***

Gecə vaxtı, Xəzər dənizinin səthində ayın əksi görsənir, yüngül külək əsir. Rəşad sahildə oturub mənzərəni seyr edir. Dalğalar öz axarı ilə sahilə dəyir və geri çəkilir.
Qulağa zəif səs gəlir, Rəşad nə olduğunu anlamır, səs daha yaxından gəlməyə başlayır. Və Rəşad hiss edir ki, yanında kim sə var. Zəif qadın səsi onun qulağına pıçıldayır:

- Gəl. Gəl mənimlə.
Rəşad başını döndərir və yanıda oturan bir qızı görür. Ay işığı yad birinin üzünə düşür. Qızın qapqara gözləri Rəşaddan çəkilmir. Yad qızın üzündə qəribə təbəssüm və kədər var, gülüşü sanki Leonardo da Vinçinin Mona Liza şəkilindən enib qızın üzündə əks olunub.
Qız ayaq üstə qalxır, qıvrım saçları belinə kimi düşür, əsən yüngül külək onun əynindəki ağ donu ilə oynayır. Qız Rəşadın gözlərinin içinə baxır və əlini ona uzadır:
- Gəl!
Oğlan ayaq üstə durur yad qızın dalıyca gedir. Yad qızın əynindəki uzun don yerdə sürünür, arxasınca Rəşad tələsmədən gedir. Oğlan ayağının altında dənizin yay sərinliyini hiss edir. Qız öz baxışlarını Rəşaddan çəkmir, artıq su onların boğazına kimi çatır. Rəşad birdən gözlərini qızdan çəkib sahilə baxır, nə etdiyini anlayır, geri qayıtmaq istəyir. Birdən kim sə qolundan var gücü ilə tutur, oğlan geriyə çönür. Qız onu qolundan tutub dənizə doğru irəli çəkir. Yad qızın baxışları yalvarışla dolur:
- Gəl!
Rəşad qorxur, ürəyi tez-tez döyünür:
- Burax məni. Burax gedim.
Zərif qızın qolunda sanki on kişinin gücü varmiş kimi o Rəşadı özünə tərəf çəkir.
Oğlan başlayır var güçü ilə qışqırmağa:
- Burax məni! Burax!
Artıq su ağzına yığılır, hava çatmır. Rəşad boğulduğunu hiss edir.
- Rəşad oyan! Oğlum sənə nə olub?
Rəşad gözlərini açır, tər çində öz çarpayısında uzanıb, yanında atası ilə anası dayanıb. Heçnə anlamır durur  və valideynlərinə baxır. Anası təşviş içində:
- Bisimillah, bisimillah! Oğlum nə olub sənə, sən su içindəsən ki.
Atası deyir:
- Rəşad oğlum sənin qızdırman mı var, özünü pis hiss edirsən sə həkim çağıraq.
Rəşad öz-özü ilə danışır:
- Yuxu imiş. Gerçək deyilmiş.
Sonra  anasına baxır və qəhqəhə ilə gülür:
- Bu sadəcə yuxu idi. Xa-xa-xa. Burda qorxulu heçnə yoxdur. O məni boğa bilmədi. Çünki o mövcud deyil. Xa-xa-xa.
Valideynləri təəcüblə bir birinə baxır. Anası:
- Viy nənə çımı zoə çındo bə! Merda tı məsdəj əğıl çiç votedə? Rəşad çımı zoa kim mövcud deyil?
- Su pərisi. Ana su pərisi. Xa-xa-xa. O mövcud deyil.
Rəşad başını yastığa atır.
- Yaxşıyam mən. Yaxşıyam. Siz gedin yatın.
- Oğlum sən heç olmasa əynindəki köynəyi dəyiş. Su içindəsən sənə soyuq dəyəcək.
- Yaxşı anacan siz narahat olmayın, indi dəyişəcəm.
Valideynləri gedəndən sonra Rəşad köynəyini dəyişdi, saata baxdı, saat dörd idi. Uzandı, amma gözünə yuxu girmədi. Gözlərini yumanda isə dərya kimi dərin və qaranlıq baxışları olan su pərisi gözünün önünə gəlirdi. Zəngli saat çalanda Rəşad oyaq idi. O durub əl üzünü yudu. Səhər yeməyini yedikdən sonra ayaqqabılarını geyindi. İçində balıq toru olan böyük torbanı götürüb çıxanda, anası onu öpdü:
- Xıdo ovand bıdə çımı balə! Iştəku mığət bıbi.
- Çok inə.
Rəşad evdən çıxdı, sahildə onu əmisi Müzəffər oğlu Ziya ilə qayıqda gözləyirdi, yanında digər balıqçılar dayanmışdı. Onların əksəriyyəti Lənkaranın nəslən balıqçıları idi. Rəşadın da atası balıqçı idi, səhətinin pisləşməsi ilə bağlı işini buraxıb məsləyini oğluna verdi.
Balıqçılar öz qayıqlarına minib sahildən uzaqlaşdılar. Balıq tutmaq üçün əlverişli hava var idi. Dərin yerə yaxınlaşanda torlarını suya atdılar. Onlar öz arasında söhbət edirdilər. Müzəffər qardaşı oğluna müraciət etdi:
- Oğlum toru yaxşı bərkit.
- Etdim əmi.
Bərkitmə işi bitəndən sonra Ziya gülərək deyir:
- Əmioğlu dənizə çox baxma yoxsa su pərisi səni çəkib aparar.
Rəşad kehfsiz cavab verir:
- Ziya dünən ondan o qədər danışdın ki, yuxuma girdi.
- Doğurdan?! Məncə yuz faiz onun səndə gözü var.
Bərkdən gülür. Müzəffər oğluna tərs-tərs baxır:
- Ziya bu nə pis xasiyyətdir səndə?! Uşağı ələ salma.
- Ata mən eşitdiyimi deyirəm də.
- Oğlum bu cahillikdir. Elə demək günahdır. Su pərisi bizdə yoxdur, bu digər xalqların inancıdır.
- Yaxşı ata olmasın su pərisi, adını cin, əcinnə ya da ifritə qoyaq.
- Ziya mən səni ağıllı bilmişdim.
- Ata tək mənmi elə düşünürəm?! Keçən dəfə Qabil kişini görmədinmi? Kişi nə tər qorxmuş idi sə, bir də dənizə gəlməkdə tövbə etdi. Bəs suda batan balıqçılarımız? Onları nə tez unutdun. Axı su pərisi mövcuddur. Balıqçılara qarşı çox qəzəblidir. Hər dəfə dənizdə balıqçı görəndə mütləq birini özüylə aparıb suda boğur. Balıqçılardan intiqam alır.
- Oğlum bu cəfəngiyyatdır. Məlum məsələdir ki, küləkli havada dənizə çıxmaq təhlükəlidir, hətta ən təcrübəli balıqçıda bata bilər. Oğlum təbiətin şıltaqlığı ucbatından balıqçılar batır. Kim ki deyir su pərisini görüb, bu yanlışdır. Mövcud olmayan insanı sən necə görə bilərsən ki? Axşam həyətə çıxsan ağacların kölgəsini görüb fantaziyan onu qız da sanar heyvan da. Oğlum gözlər yanıla bilər.
Müzəffər qayıqda oturur, başındaki panamanı üzünə çəkir.
- Uşaqlar başım ağrıyır, biraz dincəlim, siz isə tordan gözünüzü ayırmayın.
Ziya fürsət tapıb əmisi oğluna müraciət edir
- Rəşad pəri necə idi? Quyruğu var idi mi?
- Anlamadım.
- Yəni gözəl idi mi? Yoxsa ifritələr kimi idi? Ayaqlarının əvəzində balıq quyruğu idi mi?
- Qardaşım sənin fantaziyan məhdudiyyət bilmir ki.
- Yaxşı de görüm necə idi? Nə edirdi, səni suda mı boğurdu?
Rəşad yuxusunu əmisi oğluna danışdı. Ziya təsirlənərək dedi:
- Qardaş o zaman sən ehtiyyatlı ol.
- O mənə nə edə biləcək ki?!
- Bax qadınlar belədir, xətrinə dəydin vəssalam, intiqamı ağır olacaq. Səni peşiman edəcək.
- Eee! Onun mənlə nə işi var ki?! Mən ona heçnə etməmişəm. Bunlar cəfəngiyyatdır.
O gün balıqçılar balıq tuta bilmədilər, tora düşənlər isə çox xırda idi, onları geri dənizə buraxdılar və evlərinə döndülər.
Rəşad evə yorğun gəldi. Yeməyi yeyən kimi yatdı. Səhəri gün yenə dənizə getdi. Bu dəfə külək əsirdi, amma durum təhlükəsiz olduğuna görə balıqçılar qayıqlarına oturub dənizə çıxdılar. Bir yandan dalğaların səsi bir yandan külək. Müzəffər toru dənizə atdı. Oğlanlar arada torun ağırlığını yoxlayırdılar. Bir neçə saatdan sonra Müzəffər toru qaldırmağa qərar verdi, üç nəfər toru yavaş-yavaş qaldırırdılar. Birdən Rəşadın qulağına səs gəldi, sanki arxadan kim sə onu çağırırdı:
- Gəl! Gəl!
Rəşad diksindi, torun ucu əlindən sürüşdü və suya düşdü, oğlan geriyə çəkilib yıxıldı. Müzəffər qışqırdı:
- Oğlum nə etdin sən?! Tez qalx və toru tut.
Rəşad özünü toplayıb ayağa qalxdı və toru özünə doğru çəkdi. Balıqçılar toru çətinliklə sudan çıxardıb qayığa qoydular. Susuz qalan balıqlar qayıqda hoppanırdılar. Balıqçılar onları qablara yığdılar, sonra mühərriki işə salıb sahilə doğru getdilər. Rəşad Ziyadan soruşdu:
- Sən eşitdin mi? Biri məni çağırırdı. Məncə o idi.
- Qardaş külək əsirdi, nə sə eşitmək mümkün deyildi. Sən kimi nəzərdə tutursan?
Ziyanın su pərisinin səsini eşitmədiyinə əmin olaraq, Rəşad başqa mövzuya keçdi. O kefsiz evə gəldi, yeməyini yemədən öz otağına keçdi və uzandı. Fikirə dalıb özü ilə danışır və yuxuya gedir.
Yenə dəniz qırağı Rəşad sahildə oturub. Uzaqdaki səs onu cağırır. Rəşad ayağ üstə durub hər tərəfə boylanır, amma ətrafda heç kim yoxdur. Dənizə baxır səs daha da güclənir, oğlan yavaş-yavaş suya girir və birdən oyanır.
Növbəti gün Rəşad həmişə ki kimi sahilə gedir. Bu dəfə Ziya tək idi, atasının bel ağrıları tutduğuna görə işə gəlməmişdi. Əmisi oğlanları böyüyün yoxluğundan istifadə edərək söhbət etməyə başladılar. Rəşad öz yuxusunu danışdı. Ziya ona dedi:
- Qardaşım məncə bu qız sənin canını almasa əl çəkməz.
- Ziya niyə məni qorxudursan.
- Mən qorxutmuram ki, bunu ona görə deyirəm ki, ehtiyyatlı olasan.
- Axı mən ona nə etmişəm? Niyə mən?!
- Qardaş sən qəm çəkmə mən bilirəm nə etmək lazımdır.
- Nə?
- Gedəcəyik mollanın yanına, o sənin üçün dua yazacaq. Ondan sonra su pərisi səndən əl çəkəcək.
- Səncə alınar?
- Əlbəttə! Gəl belə edək. Biz dünən xeyli balıq tutmuşuq, onun çoxu satılıb, əgər sabah dənizə çıxmasaq, bir günlük heçnə olmaz. Evdəkilərə deyərik ki, yorulmuşuq, sən də bir bəhanə uydurarsan və biz sənin üçün dua yazdırmağa gedəcəyik.
- Təkcə bu çatışmırdı! Yaxşı. Ümud edirəm ki, sənin planın bir işə yarayar.
- Qorxma qardaş mənimlə sənə heçnə olmayacaq.
Əmioğlanları sabahki gününün planını cızırdılar, uzun söhbətlərdən sonra bir də ayıldılar ki iş vaxtı bitib. Axşam evdə hər birisi çox yorğun olduğunu və biraz istirahətə ehtiyyacı olduğunu bildirdi. Bu dəfə Rəşad rahat yatdı. Səhər duranda çox şən idi, hətta mahnı zümzümə edirdi:
- Ha kinə məşi,  ha kinə məşi. Tı çımı pəvəndij.
Səhər yeməyini yeyəndən sonra sevdiyi boz köynəyini geydi, valideynlərinə Ziya ilə şəhərdə biraz gəzəcəyini dedi. Anası evdə dincəlməyinin daha yaxşı olduğunu deyəndə, oğlu təmiz hava almağına ehtiyyac olduğunu bildirdi və axşam olmadan tez qayıdacağını dedi.
Rəşad əmisinin evinə gəldi, qapını Ziyanın anası açıb oğlanı evə dəvət etdi. Ziya yatıb qalmışdı. Anası oyadandan sonra o tez yeməyini yeyib geyindi və Rəşadla evdən çıxdı. Rəşad çox hirsli idi:
- Sən deyəsən dünən nə danışdığımızı unutmusan.
- Rəşad məni bağışla, evdə axı demişdim istirahət edəcəm, ana da məni oyatmayıb, mən də yatıb qalmışam.
Əmioğlanları sonra bir kəlmə söyləmədən xeyli yol getdilər, Ziya göy darvazanın qabağında dayandı:
- Bax buradır. Gəl amma ona pəridən danışmayacayıq. Deyərik ki, sən qorxmusan, qulağına səslər gəlir və sair.
Oğlanlar bir saata yaxın mollanın evində oturdular sonra çıxdılar. İkisi də çox sevinirdi. Ziya əmisi oğluna müraciət etdi:
- Gördün mən sənə dedim axı qorxulu heç nə yoxdur. Deməli bu duanı sağ çiynində gəzdirəcəksən.
- Ziya, uşaqlar bilsə məni biyabır edəcəklər.
- Əşi, kim biləcək ki, mən mollaya o qədər yalvardım ki. Məncə o bizi satmaz.
Əmi oğlanları bərkdən güldülər. Sonra Ziya zarafatca Rəşadı itələdi. Rəşad ona cavab verdi, Ziya təkrar vuraraq qaçdı. Rəşad onun dalınca qaçdı. Əmi oğlanları dəniz kənarına gəldilər. Hava çox isti didi, günün altında dayanmaq mümkün deyildi. Ziya köynəyini ayaqqabılarını çıxardıb suya girdi, Rəşad isə sahildə oturub dincəlməyə qərar verdi. Əlini alnına qoydu, gözlərini günəşdən qorumağa çalışırdı. Birinci Ziyanın üzməsini seyr edirdi, sonra uzaqda ağacların yanında uzun ağ donda qadın silueti gördü. Rəşad özü gözləmədən dodaqları ilə pıçıldadı:
- Ha kinə məşi, ha kinə məşi.
Yad biri onu yenə səsləyirdi. Rəşad itaətlə ayaq üstə durur dənizə doğru gedir, sol əlində tutduğu dua yerə düşür. Rəşad düz uzaqdaki siluetə baxır. Qız ona əlini duzadıb “gəl” deyir. Rəşad sakit səslə soruşur:
- Hara?
Pəri öz əlini ona uzadaraq israrla çağırır. Ziya isə üzməkdən həzz alaraq Rəşada səslənir:
- Gəl, gəl. Su əladır, sərinlənərsən.
Rəşad ayaqqabılarını çaxartmadan suya girir, Ziyanı ötərək uzağa üzür. Ziya birinci ona əhmiyyət vermir, sonra Rəşadın sözlərə reaksiya verməməyi onu qorxudur:
-  Rəşad hara üzürsən? Dayan!
Artıq Ziya qorxudan qışqırmağa başlayır:
- Dayan sənə deyirəm! Ha Xıdo bımi çiç be?
Rəşad birdən suyun altına girir. Ziya ona çatanda yaxasından çəkir. Əmisi oğlunu sudan çıxardıb sahildə yerə uzadır, ayıltmağa çalışır. Sinəsinə ürək masajı edir, sonra yan tərəfə çevirir. Rəşadın ağzından su gələndən sonra o ayılır və öskürməyə başlayır. Ziya sevinc və həyacandan ağlayır, əmioğlunu qucaqlayır.
- Şıkı bə Xıdo. Özünə gəldin qardaşım. Sən məni necə də qorxutdun. Adam da belə edər?! Səni səsləyirdim niyə məni eşitmirdin?
Rəşadı həkimə göstərəndən sonra məlum oldu ki, oğlan gün vurma nəticəsində qarabasma görübmüş. Bu hadisədən sonra Rəşad hər gecə su pərisini yuxuda görürdü. Ziyaya danışandan sonra, pərinin göstərdiyi yerə qayıqla getməyə qərara gəldilər. Ziya əmisi oğluna müraciət edir:
- Rəşad, qardaşım o bizi boğsa, balıqlara yem olacayıq, o zaman heç kəs bizi tapa bilməyəcək.
- Ziya sən qorxma. Mən suya girəcəm, sən isə qayıqda məni gözləyəcəksən.
Rəşad kəndirin bir ucunu belinə, digərini qayığın burnuna bağlayır. Ayaqqabılarını köynəyini çıxardıb suya hoppanır. Ziya sakitcə qayıqda oturub səslərə qulaq asır. Bir neçə dəqiqədən sonra Rəşad sudan çıxdı. Ziya həyacanla ayaq üstə durdu:
- Nə oldu?
- Ora çox dərindir, biraz dincimi alım yenə enəcəm.
- Bilmirəm sən nə axtarırsan. Amma sənin niyyətin heç xoşuma gəlmir.
Rəşad yenə suya enir, və beləliklə o üçüncü dəfə sudan çıxanda əmioğluna deyir:
- Su çox bulanıqdır, amma orda bir şey var.
- Nə var?
- Aydın görə bilmirəm, nəfəsim də çatmır. Ziya mənim bir fikrim var. Biz indi gedəcəyik Ramizin yanına. Ondan akvalanq istəyəcəyik.
- Sən dəlisən! Biz ona nə deyəcəyik, akvalanqı ver gedirik su pərisini tutmağa.
Rəşadın baxışları üfuqa doğru dalır, və o əcaib gülüşlə Ziyaya deyir:
- Biz başqa cür deyəcəyik. Deyərik ki, sənin atanın toru dənizə düşüb və dərində yosuna ilişib, biz də onu çıxartmalıyıq.
- Rəşad sən məni qorxudursan. Nə olar qayıdaq evimizə. Unudaq artıq hər şeyi, sən isə duanı özündə gəzdir. Allah özü bizə kömək edəcək.
- Ziya artıq geriyə yol yoxdur, mən axıra kimi gedəcəyəm.
- Yaxşı, amma mənim burada axşama kimi qalmağa fikrim yoxdur, eşidirsən məni?
- Ziya, bəsdir! Bir özünə bax, az qala qız kimi ağlayasan.
- Bəli, qorxuram, cünki Əzrail kişiyə qadına baxmır, hamısını o dünyaya aparır.
Rəşad qıcıqlanaraq  cavab verir:
- Əgər susmazsan mən səni bu dəqiqə o dünyaya göndərəcəm. Sus və dediyimi elə.
Ziya susur, qayıqda oturub öz-özünə deyinir:
- Mənə deyən var idi bu dəli ilə dənizə gəl.  İndi oturmuşdum stadionda Xəzər-Lənkarana azərkeşlik edirdim. Deyəsən başına yaman gün vurub, olan ağlını da itirmisən.
Rəşad ona tərs-tərs baxır:
- Yaxşı, yaxşı deyinmə. Gələn dəfə sənə biletini mən alacam.
- Neyniyirəm mən sənin biletini.
Əmioğlanları mübahisə edərək sahilə qayıtdıllar. Peşəkar dalğıc olan Ramizin evinə gedirlər. Ramiz oğlanların uzaq qohumu idi, əmioğlanlarını yaxşı tanıyırdı. Bir vaxtlar Ramizin göstərişi və müşahidəsi ilə oğlanlar akvalanqadan istifadə etmişdilər. Mövzü Müzəffərin torunun qaldırması olunca o tərəddüd etmədən akvalanqı oğlanlara verdi.
Oğlanlar yenə qayıqla axtarış apardıqları yerə qayıdırlar. Ziya deyir:
- Rəşaq bax əgər bu dəfə də heç nə tapa bilməsən, mən bu qayığı sürüb düz sahilə gedəcəm. Və biz bir də mu haqqda danışmayacayıq.
Rəşad cavab verir:
- Yaxşı danışdıq! Mən sənə xəbərdarlıq edib kəndiri dartacam, sən də kəndirin ucundan dartıb məni qaldıracaqsan.
- Niyə ki? Sən axı dedin baxıb qayıdacaqsan.
- Əmi oğlu bunu hər ehtimala qarşı deyirəm. Yaxşı mən getdim.
- Bax tez qayıt ha, hava qaralmadan burdan getməliyik.
Atrıq yarım saat keçirdi, amma Rəşaddan xəbər hələ  də yox idi, Ziyanın bütün diqqəti kəndirin üstə idi. O səbirsizlikdən otura bilmirdi, arada suya baxırdı. Birdən külək qalxdı, qayıq yavaş-yavaş silkələnməyə başladı. Ziya özünü danlayırdı:
- Gərək onun sözünə qulaq asmayaydım, gəlməyəydik bura. Allahım mən burda ölmək istəmirəm.
Kəndir tərpənməyə başlayır, Ziya rahat nəfəs alaraq onu dartır, amma bunu etmək o qədər də asan olmur. Ziya ayaqlarını qayığın bortuna söykənərək kəndiri özünə tərəf çəkir. Kəndir əllərindən sürüşərək dərisini kəsir, o kəndiri qoluna dolayıb qaldırmağa başlayır. Nəhayət çətin iş öz bəhrəsini verir, kəndir asanlıqla sudan çıxır. Rəşad sudan çıxdı bir əli ilə borta söykənərək, digəri ilə qaralmış parçaya bükülmüş bağlamanı qayığın içinə atır. Ziya əmisi oğluna kömək edərək onu qayığın içinə salır, sonra akvalanqı əynindən çıxardır:
- Rəşad, mən çox qorxuram, külək əsir uzaqlaşaq artıq burdan.
- Sür qardaş gedək sahilə.
Ziya sevinir və mühərriki işə salır:
- Səni gözləməkdən bağrım çatladı. Qardaş sən çıxmasaydın mən kəndiri dartıb səni çıxardardım. Nə gördün orda, bu bağlamanın içində nə var?
Rəşad çox yorğun oturub bağlamaya baxır:
- Ziya mən onu tapdım. Hər şey bitdi.
- Onu suyun altında mı gördün, səni əlindən tuturdu hə? Qoymurdu ki sən ordan çıxasan, hə?
- Ziya, su pərisi bağlamadadır.
Ziya qorxudan geriyə çəkilir və qışqırır:
- Necəyəni su pərisi?! De görüm bunun içində nə var?!
- Ziya qorxma. Bağlamanın içində suda batmış qızın sümükləridir. Yəni bizim sandığımız su pərisinin sümükləri. Əslində yuxuda gördüyüm onun ruhu idi. Onu torpağa tapşırmaq lazımdır, məni başa düşürsən mi?
- Sən dəli olmusan! Mən onu basdırmayacam. Eişidirsən məni, tulla onu!
Rəşad Ziyaya bir sillə vurur:
- Ziya özünə gəl!
Ziya dərhal susur. Rəşad sakit səslə ona deyir:
- Biz indi gedəcəyik sənin tanıdığın mollanın yanına, sonra sümükləri torpağa tapşırıb yasin oxutduracayıq. Pərinin istəyi də bu idi. İndi anladın mı məni?
Yol boyu Ziya bir kəlmə belə danışmadı. Onlar birinci Ramizin evinə gedib akvalanqı təhvil verdilər, sonra mollanın evinə getdilər. Oğlanlar bugünkü hadisəni mollaya danışdılar. Molla dedi:
- Bəli, o qız yadımdadır. Fərəhi çox yaxşı xatırlayıram, çox gözəl, mehriban və gülərüzlü qız idi, uşaqlar sizin yaşıdınız idi. Qız bir balıqçını sevirmiş, evlənməyə hazırlaşırdı, oğlan isə onu aldadıb başqa şəhərə qaçmışdı, deyilənə görə orda evlənmişdi. Fərəhin balaca ürəyi buna dözmədi, və o gəlinlik paltarında özünü dənizə atdı. Dənizdə çox axtarışlar aparıldı, bütün şəhər onu axtarırdı, günlər, aylar hətta illər keçdi, amma Fərəh sanki dalğaların içində yox oldu. Valideynləri kədərə tab gətirə bilməyib vəfat etdilər.  Eh! Nə deyim, Allahın işidir, amma kaş qız özünə qəsd etməyəydi.
Molla oğlanlara iki bel verdi və onlar qəbiristana getdilər. Fərəhin valideynlərinin  məzarının yanında oğlanlar yer qazdılar. Qızın təmiz ağ parçaya bükülmüş sümüklərini tabuta qoymuşdular, onu qazılmış yerə qoyb torpaqla üstünü örtdülər. Sonra molla yasin oxudu.
O gündən bəri daha heç kəs dənizdə  su pərisini görmədi.

Комментариев нет:

Отправить комментарий