30-cu illərin repressiya qurbanlarından olan Zülfüqar Əhməd oğlu Əhmədzadə 1898-ci ildə Talışın cənnət guşələrindən biri olan Astara rayonunun Pensə (Butəsə) kəndində dünyaya göz açmışdır. O, dövrünün görkəmli şairi, publisisti, tərcüməçisi, eyni zamanda böyük ictimai-siyasi xadimi olmuşdur. Azərbaycan tarixində və ədəbiyyatında onun özünəməxsus yeri vardır. Məhz Əhmədzadə yaradıcılığının təsiriylə Talış xalqı onlarla, bəlkə də yüzlərlə istedadlı vətənpərvər oğul yetişdirmişdir. Z.Əhmədzadənin 30-cu illərdə Talış ədəbi dilinin formalaşmasında müstəsna xidmətləri olmuşdur.
Zülfüqar Əhmədzadə sadə və dindar bir ailəyə mənsub idi. Elə buna görə də atası və anası ilk növbədə çalışırdılar ki, oğullarına dini təhsil versinlər. Bu məqsədlə onu müsəlman məktəbinə qoyurlar. Daha sonra ibtidai rusdilli kənd məktəbində təhsilini davam etdirir. Rus məktəbində aldığı təhsil, eyni zamanda rus dilini və klassik rus ədəbiyyatını yaxşı bilməsi onun gələcək həyatında vacib rol oynamışdır. Məhz bu keyfiyyətləri onu öz dövrünün yüksək təhsilli insanlarından biri etmişdir.
Allah ona bir çox müsbət keyfiyyətlər bəxş etmişdir. Onun xarici görünüşü, intellektual səviyyəsi, yüksək savadı, ciddiliyi, natiqlik məharəti, dünya ədəbiyyatını bilməsi, siyasi mübarizədəki təcrübəsi, təşkilati bacarığı, xalqın içindən olan sadə insanların yaşayış tərzini yaxşı bilməsi və başqa keyfiyyətlər onu bir lider kimi formalaşdırmışdı.
İctimai – siyasi həyatı
Zülfüqar Əhmədzadə
görkəmli siyasi xadim kimi tanınmışdır. 1918-ci ildə "Hümmət” təşkilatının
üzvü olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir çox vəzifələrdə
çalışmışdır. O, 1920-1922-ci illərdə Lerik rayonu (Zuvand) Qosmalyon kəndində
İcraiyyə Komitəsinin sədri, 1922-1923-cü illərdə Lənkəran qəzasında Torpaq
şöbəsinin müdiri işləmişdir. 1923-1925-ci illərdə Lənkəran rayonu Maarif
Şöbəsinin müdiri kimi fəaliyyət göstərmiş, 1925-1926-cı illərdə Laçın
rayonunun, 1926-1928-ci illərdə Zaqatala rayonunun, 1928-1929-cu illərdə
isə Ağdam rayonunun İcraiyyə Komitəsinin sədri seçilmişdir. Z.Əhmədzadə
1929-1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə
təyin edilmişdir. 1930-cu ildə isə o, Mərkəzi Komitəyə çağrılmış və Astara
Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilmişdir.1929-1930-cu illər Azərbaycanda kolxoz quruculuğu dövrü olmuşdur. Həmin illərdə Astara rayonunun kəndliləri İrana qaçırdılar. Z. Əhmədzadə kəndlərə gedərək, onların vəziyyətı ilə tanış olur. Bundan sonra o öyrənir ki, Astara Rayon Daxili İşlər İdarəsinin sədri (NKVD) və milis işçiləri əhalini səbəbsiz yerə incidir, həbs edirmişlər. Bundan sonra Z.Əhmədzadə günahkarları həbs etdirir, İrana qaçmış əhalini geriyə qaytarır.
1932-ci ildə Z.Əhmədzadə Respublika Mərkəzi İcraiyyə Komitəsində işlədiyi müddətdə, komitədə fəalların yığıncağı keçirilmişdir. Z.Əhmədzadə də bu yığıncaqda iştirak etmişdir. Həmin illərdə Mərkəzi Komitənin katibi Polonski, Nazirlər Sovetinin sədri Mir Cəfər Bağırov, Respublikanın ikinci katibi isə Yusif Qasımov olmuşdur. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaranandan 1934-cü ilə qədər uzun müddət partiya komitələrinə qeyri-azərbaycanlılar başçılıq etmişlər. Nəhayət 1934-cü ildə Bağırov rəhbərliyə gətirilmişdir.
Mir Cəfər Bağırov Daxili İşlər orqanında rəhbər olarkan Yusif Qasımovla arası olmamışdır. 1932-ci ildə fəalların yığıncağında Bağırovla Polonski birləşib Yusif Qasımovu işdən azad etmək üçün plan qururlar. Hər iki tərəfdən çıxışlar olur. Yığıncaqda Z.Əhmədzadə də çıxış edir:
-Azərbaycan Kommunist Partiyasına uzun müddətdir ki, rubinlər, polonskilər, mirzayanlar başçılıq edirlər. Mərkəzi Komitədə cəmi 9% azərbaycanlı işləyir, qalanı erməni, rus, yəhudilər və gürcülərdir. Azərbaycanım məgər elə bir oğlu, kadrosu yoxmudur ki, rəhbər işləsin? Üstəlik Qasımovu da bəyənmirsiz...
Məhz həmin çıxışdan sonra Zülfüqar Əhmədzadə haqqında "Xalq Düşməni” planı işə düşməyə başlayır. Z.Əhmədzadə işdən çıxır və Zaqafqaziya Mərkəzi Komitəsinə gedir. Komitə onu Ermənistan SSR-nin Vedi rayonuna İcraiyyə Komitəsinin sədri təyin edir. 1932-1933-cü illərdə orada işləyir. 1933-cü ildə Maarif Naziri Cuvarlinskini yanına çağıraraq ona deyir:
-Bilirəm ki, sən Zülfüqar Əhmədzadə ilə dostsan, get onu gətir, qoy Azərbaycanda işləsin. Mənə ayıb gəlir ki, o Ermənistanda işləyir.
Əslində isə o öz çirkli planını davam etdirmək istəyirdi. M. Cuvarlinski Yerevana gedərək Z.Əhmədzadə ilə görüşür, bu sözləri ona deyir. Əhmədzadə cavabında bildirir:
-Gərək sən gəlmiyəydin, indi mən gəlməsəm, o əclaf səni incidəcək, o gec-tez öz qisasını alacaq.
Zülfüqar Əhmədzadə Azərbaycana qayıdır, 1933-1935-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında Ali Məktəblər idarəsinin rəisi işləyir. 1935-1938-ci illər ərzində AzərNəşrdə "Azlıqda Qalan Xalqlar” şöbəsinin müdiri vəzifəsində çalışır. 1934-cü ildə Stalinin məsləhəti və Zaqafqaziyada rəhbərlikdə olan Beriyanın razılığı ilə Mir Cəfər Bağırov Azərbaycan Kommunist Partiyasinin birinci katibi seçilir. 1937-ci ildə M.Cuvarlinski və Z.Əhmədzadə saxta ittihamlarla həbs olunur. Z.Əhmədzadə cinayət məcəlləsinin 64-cü maddəsiylə: "Sovet hökumətinə qarşı silahlı mübarizə aparan təşkilatın üzvü kimi” ittiham olunur və həbs edilir. Lənkəran rayonunun Girdəni kəndindən olan köhnə inqilabçı Şirəli Axundov Zülfüqar Əhmədzadənin üzünə durur. İlk əvvəl Z.Əhmədzadənin əleyhinə ifadə verməyən Şirəli Axundovun sağ ayağının dərisini soyurlar. Ağır əzaba dözməyən Şirəli Axumdov ifadəsində belə yazır:
-Mən 1936-cı ildə Z.Əhmədzadə ilə təsadüfən rastlaşdım. O, mənə Böyükağa Mirsalayevin başçılıq etdiyi gizli təşkilata üzv olduğunu və məni də bura üzv etmək istədiyini bildirdi.
Yeri gəlmişkən Böyükağa Mirsalayev də 37-ci il represiya qurbanıdır və Şirəli Axundovun həmkəndlisidir. Guya həmən təşkilatin məqsədi Talış vilayətini Azərbaycandan ayırmaq imiş. Ş. Axundovun dediyinə görə "bir neçə gündən sonra yenə də Z.Əhmədzadə ilə təsadüfən görüşüb. Zülfüqar ona iki gənci təbliğat üçün Talış rayonlarına göndərdiyini bildirir və bunun məqsədi Talış ərazisini Azərbaycandan ayırmaq olduğunu deyir.” Z.Əhmədzdəyə qarşı cinayət işinin təhqiqatı bu ittiham üzərində qurulur. O, Sibirə sürgün edilir. Şirəli Axundovun yaraları sağalan kimi o, Əhmədzadənin üzünə ağrılardan qurtulmaq üçün durduğunu yazılı sürətdə bildirir: ”Məni işgəncələr ilə Əhmədzadənin üzünə durmağa məcbur etdilər, istintaqda verdiyim ifadə yalandır”. Bununla da onun gunahsız olduğu sübuta yetirilir. Baxmayaraq ki, 1938-ci il mayın 12-də cinayət məcəlləsinin 64-cü maddəsiylə irəli sürülən ittiham rəsmən Z.Əhmədzadənin üstündən götürülür və onun azad olma vərəqinə imza atılır, buna baxmayaraq o, həbsdən buraxılmır, 1938-ci il sentyabrın 21-də isə Z.Əhmədzadə, heç bir maddə göstərilmədən Moskva Xüsusi İdarəsinin qərarıyla "əks-inqilabi dəstəylə əlaqəsi olduğuna görə” 5 il azadlıqdan məhrum edilir.
Ədəbi yaradıcılığı
Zülfüqar Əhmədzadə ilk öncə mədrəsədə oxuduğu vaxtlarda dini motivlərdə şeirlər və mərsiyələr yazardı.
Özünün ilk şedevri olan “Toloşi jimon” poemasını o 1931-ci ildə yazmışdır. Şairin ana dilində yazdığı bu poemada Talış xalqının maddi-mənəvi mədəniyyəti, milli-məişəti, adət-ənənələri əks olunur.
Şairin ana dilində yazdığı “Dəvardə rujon” poeması əsasən şahidlərin xatirələrindən yazılıb. Talış xanlarının (əsasən Mir Abbas bəy) hakimiyyəti dövründə talışın faciəli həyatından, çətin yaşayışından bəhs olunur.
İtono bande, itono dıyoy,
Vəyşt ki votedən, əv ənə iyoy!
Maştə çe dıyo pemedə həşi,
Dəvətdə bə vılon, bə doon bəşi.
Livonsə şivon viriski doedən,
Handedə kijon, qılon o bedən.
Viriski doedə çəmə bandı-ku,
Çimənon, vişon, ovə dinqə cu…
( "Davardə rujon”, 13, s.5)
Zülfüqar Əhmədzadənin növbəti poeması-“Arktika dastanı” Azərbaycan dilində yazılmışdır. Bu poema 1934-cü ildə ədəbi yaradıcılıq konkursunda birinci yerə layiq görülmüş və 5 min rubl mükafat şairə təqdim olunmuşdur. Həmin tədbirdə iştirak edən Səməd Vurğun şairi qucaqlayaraq təbrik etmişdir.
Müsahibədə müəlliflər ləqəblə iştirak edirdilər. Və aparıcı elan edəndə ki, “Göyərçin” ləqəbli şair qalib gəlib, xahiş edirik tribunaya çıxsın, Zülfüqar Əhmədzadə irəli çıxır. Bu zaman bütün zal ayağa qalxaraq qalibi alqışlayır.
Bundan bir neçə il qabaq: “Tolışlardan şair olmaz, olsa da mahir olmaz” – deyən Mikayıl Müşfiq öz səhvini etiraf edib, qalibdən üzr istəyir.
Zülfüqar Əhmədzadə “Tolışə Kinə” adlı pyesin, neçə-neçə poemanın, kitabların, məktəblilər üçün dərsliklərin, elmi məqalələrin, publisist əsərlərin müəllifidir.
Şairin "KIRINQO" adlı uşaq şeirləri kitabı Hilal Məmmədov tərəfindən nəşr olunmuşdur.
Aşağıdakı dərs vəsaitlərini Muzəffər Nəsirli və Zülfüqar Əhmədzadə birlikdə işləmişlər:
"Iştə zınəy və kən" (bo kam əzınon) 1930 "Zəhmət iyən məktəb” (...dərsə kitob) 1930
"Jimoni ro (bo besəvodon vəsait,) 1931
"Seynə sor” (bo kolxoə məktəbono) 1931
"Zərbəyn” (bo kam əzıno) 1932
"Tojə jimon” (... qıraətə kitob) 1932
"Sıə kolxoz” (bo besəvodono) 1932
"Handə kitob” (bo yolono) 1933
"Əlifbo” 1933
"Handə kitob” (bo III dərsə soriyo) 1933
"Handə kitob” (bo II dərsə soriyo) 1933
"Tolışə zıvon” (qramer iyən nıvıştə ğaydon, 1934
"Handə kitob” (...məktəbi navnə qurupiyo) 1934
”Handə kitob” (bo yolono) 1935
İ.V.Stalinə ünvanlanan "Şairin andı” , S.Vurğuna həsr etdiyi "And” adlı əsərləri memuar janrında gözəl ərməğan hesab etmək olar.
O, həmdə çox mahir tərcüməçi idi. Onun rus dilindən talış dilinə (A. P. Çexov, A. S. Puşkin, Demyan Bednıy, N. Nekrasov, L. Andreyev, A. Yakovlevdən tərcümələri), eyni zamanda Azərbaycan dilindən talış dilinə tərcümə edilmiş əsərləri (M. F. Axundzodə, M. Ə. Sabir, S. S. Axundov, Mir Cəlal tərcümələri) indi də həvəslə oxunulur. Dünya ədəbiyyatı korifeylərinin (Cek London, A. Nikaş, Daniyel Defo, Conatan Svift..) əsərlərini də talış dilinə məharətlə tərcümə etmiş, talış dilində oxumaq istəyənləri sevindirmişdir.
Görkəmli şairimiz Zülfüqar Əhmədzadə həmçinin “Sıə tolış” qəzetinin redaktoru olmuşdur.
Zülfüqar Əhmədzadə talış poeziyasının günəşidir. Talış xalqının qan yaddaşında əbədi yanancaqdır Zülfüqar! O tək Talışın yox bütöv Azərbaycanın dahi şairidir.
Ailə və dostlarının həyatı,
xatirələri
Zülfüqar
Əhmədzadənin həyat yoldaşı Huru xanımın dediklərindən:
“Demək olar hər gün o evə əsəbi gəlirdi. Mən bu halının səbəbini soruşanda, “Yenə də hansısa yaramaz talışlar haqqında pis danışdı!” deyə – mənə cavab verirdi. Mən onu yola gətirməyə çalışırdım ki, talış mövzusu ətrafında olanlara fikir verməsin. Hər dəfə mənə belə cavab verirdi: “Əgər biz yox, bəs onda kim? Kimsə mənim xalqıma qarşı olunan bu haqsızlıqlarla mübarizə aparmalıdır ya yox?!”
· Zülfüqar Əhmədzadə həbs olunanda onun oğlu yazıçı, satirik şair Rüfət Əhmədzadənin 5 yaşı olardı. Sonralar söz düşəndə o deyərdi: “Hərdən mənə elə gəlir ki, anadan olandan repressiyadayam”.
· O illər çox az adam “Xalq düşməni” ailələrini ziyarət edərdi. Amma Zülfüqar Əhmədzadənin dostu yazıçı, dramaturq Mehdi Hüseyn onları unutmadı, onları ziyarət edib maddi və mənəvi yardım etdi. Məhz o, həmişə Rüfət Əhmədzadəni şeir yazmağa həvəsləndirir və onu gələcəyin M.Ə.Sabiri adlandırırdı. O həqiqətən də sonralar Azərbaycanın məhşur satirik şairi və Sabir məktəbinin davamçısı oldu.
· Zülfüqar Əhmədzadənin yaxın dostlarından biri də Azərbaycanın xalq şairi Səməd Vurğun idi. Zülfüqar Əhmədzadə Sibirdə sürgündə olanda Səməd Vurğun şəxsən M.Bağırovdan xahiş etmişdir ki, Əhmədzadəni geri qaytarsın. Amma o, cavabında demişdir ki: “Get Səməd, get, yoxsa səni də onun yanına göndərərəm.”
15.01.1940-ci ildə Səməd Vurğuna yazdığı bir şeirdə Sibirin dəhşətindən və öz taleyindən belə bəhs etmişdir (şeirdən iki bənd):
Salamımı qəbul et, uzaq qarlı Sibirdən,
Hiddətli, bəd rəftarlı, sərt rüzgarlı Sibirdən.
Günahsız bir məhbusun bir ləhzə halına qal,
İstər Şair, dililə sənə etsin ərzi-hal:
Ey şən Qazax elinin ənbər saçan bir gülü,
Azərbaycan xalqının xoş nəğməli bülbülü!
İki ildir məhrumam sənin xoş avazından,
Şeirlə yaratdığın gülşənindən,yazından!
Sibirdə sürgün həyatı yaşayarkən bunun kimi bir neçə şeir məktublarını Səmən Vurğuna göndəmişdir.
· Zülfüqar Əhmədzadə Sibirdə olduğu illərdə onlara dəstək olan dostlarından biri də “Köylü qızı” ləqəbli Gülarə xanım Qədirbəyova idi. Gülarə xanım ictimai xadim, publisist, “Şərq qadını” jurnalının təsisçisi və ilk redaktoru olmuşdur. Əhmədzadə kimi o da Sibirə sürgün edilmişdir. Z.Əhmədzadə öz oğlu Əyyuba yazdığı məktublarda tez-tez Gülarə xanımın adını çəkir və ona qarşı hörmətini və minnətdarlığını bildirir.
“Demək olar hər gün o evə əsəbi gəlirdi. Mən bu halının səbəbini soruşanda, “Yenə də hansısa yaramaz talışlar haqqında pis danışdı!” deyə – mənə cavab verirdi. Mən onu yola gətirməyə çalışırdım ki, talış mövzusu ətrafında olanlara fikir verməsin. Hər dəfə mənə belə cavab verirdi: “Əgər biz yox, bəs onda kim? Kimsə mənim xalqıma qarşı olunan bu haqsızlıqlarla mübarizə aparmalıdır ya yox?!”
· Zülfüqar Əhmədzadə həbs olunanda onun oğlu yazıçı, satirik şair Rüfət Əhmədzadənin 5 yaşı olardı. Sonralar söz düşəndə o deyərdi: “Hərdən mənə elə gəlir ki, anadan olandan repressiyadayam”.
· O illər çox az adam “Xalq düşməni” ailələrini ziyarət edərdi. Amma Zülfüqar Əhmədzadənin dostu yazıçı, dramaturq Mehdi Hüseyn onları unutmadı, onları ziyarət edib maddi və mənəvi yardım etdi. Məhz o, həmişə Rüfət Əhmədzadəni şeir yazmağa həvəsləndirir və onu gələcəyin M.Ə.Sabiri adlandırırdı. O həqiqətən də sonralar Azərbaycanın məhşur satirik şairi və Sabir məktəbinin davamçısı oldu.
· Zülfüqar Əhmədzadənin yaxın dostlarından biri də Azərbaycanın xalq şairi Səməd Vurğun idi. Zülfüqar Əhmədzadə Sibirdə sürgündə olanda Səməd Vurğun şəxsən M.Bağırovdan xahiş etmişdir ki, Əhmədzadəni geri qaytarsın. Amma o, cavabında demişdir ki: “Get Səməd, get, yoxsa səni də onun yanına göndərərəm.”
15.01.1940-ci ildə Səməd Vurğuna yazdığı bir şeirdə Sibirin dəhşətindən və öz taleyindən belə bəhs etmişdir (şeirdən iki bənd):
Salamımı qəbul et, uzaq qarlı Sibirdən,
Hiddətli, bəd rəftarlı, sərt rüzgarlı Sibirdən.
Günahsız bir məhbusun bir ləhzə halına qal,
İstər Şair, dililə sənə etsin ərzi-hal:
Ey şən Qazax elinin ənbər saçan bir gülü,
Azərbaycan xalqının xoş nəğməli bülbülü!
İki ildir məhrumam sənin xoş avazından,
Şeirlə yaratdığın gülşənindən,yazından!
Sibirdə sürgün həyatı yaşayarkən bunun kimi bir neçə şeir məktublarını Səmən Vurğuna göndəmişdir.
· Zülfüqar Əhmədzadə Sibirdə olduğu illərdə onlara dəstək olan dostlarından biri də “Köylü qızı” ləqəbli Gülarə xanım Qədirbəyova idi. Gülarə xanım ictimai xadim, publisist, “Şərq qadını” jurnalının təsisçisi və ilk redaktoru olmuşdur. Əhmədzadə kimi o da Sibirə sürgün edilmişdir. Z.Əhmədzadə öz oğlu Əyyuba yazdığı məktublarda tez-tez Gülarə xanımın adını çəkir və ona qarşı hörmətini və minnətdarlığını bildirir.
Qızının
acı taleyi
Zülfüqar Əhmədzadə
sürgünə göndəriləndə onun geridə qoyduğu ailə üzvlərindən biri də 8 yaşlı qızı
Məlahət Əhmədzadə Nakami idi. Onun taleyi faciəvi şəkildə sona çatmışdır. O, 18
il ömrünün hər gününü atasını düşünərək yaşamışdır. Hər gün, hər dəqiqə onun
qayıdacağını gözləyirdi. Daim qəmgin, kədərli gəzirdi. Atası gedəndən sonra
onun təbəssümünü görən olmamışdı. Anasının və bacısının cəhdlərinə baxmayaraq
daim qəmgin idi. Ailəsi Sibirə yazdığı növbəti məktubunda Məlahətin bu halını
atasına çatdırmışdı. Atasıda onun üçün bu şeri yazmışdı (şeirdən iki bənd):
Sənsən həyatımın sevimli gülü,
Könül gülşənimin şeyda bülbülü,
Sənin vəslin üçün yaşayır Zulu,
Surəti-söhbəti göyçək Məlahət!
Çoxdan öpməmişəm ala gözündən,
Ləzzət almamışam şirin sözündən.
Ax, səni görsəydim, o şən üzündən,
Öpüb dərə idim çiçək, Məlahət!
Atasının ona yazdığı şeir məktubunu alandan sonra Məlahətin üzü gülmüşdü, tam iki il keçəndən sonra. Hər gün bir neçə dəfə bu məktubu oxuyar və öpərdi. Həsrətlə atasından şer məktublarını gözləyərdi. 1942-ci ilin iyun ayında son məktub gələndə ki, “Zülfüqar Əhmədzadə vəfat edib”. Məlahət uzun müddət özünə gələ bilmədi. Və ilk dəfə, 10 yaşlı qızcığaz bu sətirləri yazdı (şeirdən iki bənd):
Ata, söylə neyçün bizi tərk etdin?
Kimsəsiz qoyaraq, dünyadan getdin?
Söylə doymuş idin yoxsakı bizdən?
Bəlkə bezmiş idin fani dünyadan?
Ata, bu dünyanın vəfası yoxdur,
Çox ömür sürənin dərdi də çoxdur,
Nolardı, ölsəydim hələ kiçikkən,
Barı öldüyünü eşitməzdim mən.
Bəzən o hekayə də yazırdı. Hekayələrinin birinin mövzusu çox maraqlı idi: “Bir ailədə ağır günlər başlayır. Ata gedir başqa ölkəyə qazanc dalınca. Birdə eşidirlər ki, o itib böyük ehtimal ölüb. İllər keçir...Ailədə hamı bununla barışır, bir tək kiçik qızından savayı. O, inanmır ki, atası ölüb. Hər gün onu gözləyir. Və bir gözəl gündə, həqiqətən qapı açılır və ata evə girir..”.
Bu hekayədə Məlahət Nakami öz düşüncələrini əks etdirmişdir. Məlahət Əhmədzadə ömrünün son günlərinə kimi atasının qayıdacağına inanırdı.
O, çox
gözəl və zəkalı bir xanım idi. Azərbaycan Dövlət Universitetinin filologiya
fakultəsinin tələbəsi idi. Onun ciddiliyindən heç bir oğlan ona qəlbini aça
bilmirdi. Və bir gün bir heykəltaraş cəsarət tapıb ona sevgisini etiraf edir.
Məlahətdən isə bu cavabı alır: “Mən and içmişəm ki, atamı görməsən ərə
getmərəm. Əminəm ki, o yaşayır və tezliklə qayıdacaq. Bax onu bir tək
görüm...”. Sözünü bitirə bilməmiş, yaş dolu gözlərlə evə qaçmışdır.
Bir gün o atasının divardan asılmış şəkilinin qarşısında oturmuşdu. Birdən
atası dirilir və çərçivədən çıxıb onu qucaqlayır və deyir: “qızım, əzizim
mənim, bəsdir əzab çəkdin, sənin ki yaxın günlərdə ad günün olacaq. Tezliklə
onu əvvəlki kimi birlikdə qeyd edərik”. Və sonra o öz yerinə
qayıdır. Məlahət bu möcüzəni anasına, bacılarına və qardaşlarına danışır.
Ailəsi ona görə narahatlıq keçirir ki, yəqin o dəli olur. Onu müayinə üçün
həkimə aparırlar. Amma nəticələr onun tamamilə sağlam olduğunu göstərir. Ad
gününə bir həftə qalmış o yuxudan ayılmır. Əbədiyyən atasına qovuşur. Bu
dəhşətli faciə həm ailəsini həm də onları tanıyanları sarsıdır. Bir gün ailəsi
onun qəbrini Fəxri Xiyabanda ziyarət edəndə donub qalırlar. Onun qəbrinin
yanında Məlahət Nakaminin böyük heykəli qoyulmuşdu. Çox gümanki,bu heykəli ona
sevgi etirafı edən naməlum heykəltaraş düzəltmişdir.
Məlahət Nakami
Əhmədzadənin əzablarında, atasına olan sonsuz sevgisi hiss olunur!
Vəfatı
Z.Əhmədzadə həbs
düşərgəsində bir müddət çörəkbölüşdürən təyin olunur. O, neft tapıb, bu nefti
arada çay qoymaq üçün istifadə edirmiş. Dustaqlardan biri rəhbərliyə xəbər
verir ki, guya Əhmədzadə buranı neftlə yandırmaq istəyir. Bundan sonra
Əhmədzadənin otağında axtarış aparılır və neft maddi sübut kimi götürülür.
Əhmədzadəni 10 sutkalıq, boğaza qədər su ilə dolu "karserə” salırlar. Cəza
bitdikdən sonra Z. Əhmədzadənin ayağı axsamağa, tez-tez xəstələnməyə, saçı
tökülməyə başlayır. Zülfüqar Əhmədzadə 1942-ci il iyunun 9-da Kemerova
vilayətinin Marinsk şəhərində vəfat edir.
Zülfüqar Əhmədzadənin
adı daim talış xalqının yaddaşında yaşayacaqdır. O, bizə böyük məktəb qoyub
gedib, hələ bu məktəbin çox davamçıları olacaqdır.
İstifadə
olunan mənbələr:
Ulduz
Həşimov, Tarixçi-pedaqoq,"Tolışon Sədo” qəzeti, nöm: 04(16), 11 fevral 2012
Ф.
АГАМАЛИ Газета "ТОЛЫШ" № 14
(декабр 2002)
Allahverdi
Bayrami. XX əsri 20-30 soronədə tolışi
ədəbiyot. “Tolışon Sədo”nöm: 12 (24) və 13 (25), aprel 2012
Və
digərlər...
TOLIŞƏ KİNON - (Aytən Eyvazon, Gülya Əbilova,
Zümrüyyə Vəliyeva və digər talış qızları)
Комментариев нет:
Отправить комментарий