пятница, 13 ноября 2015 г.

"Həqiqi dostluq"



Zümrüyyə Vəliyeva

        Biri var idi biri yox idi bir meşədə sincab ilə arıquşu var idi. Onlar uşaqlıqdan  dostluq edirdi, bir birinə həmişə kömək edirdi. Arıquşunun ağacda qurduğu yuva sincabın evinə yaxın idi. Arıquşu dostunu evinə qonaq çağırardı, və  ikisi də ağacın yüksən budağında oturub meşəyə baxardılar, uzun söhbət edib deyib gülərdilər. Sincab da öz növbəsində quşu evinə dəvət edib onu ağacdan düşmüş qozalara qonaq edərdi.
Günlərin bir günü iki dost ağacın dibində oturub zarafatlaşırdı və tülkü onlara rast gəldi.
Tülkünün onların dostluğuna paxıllığı gəlirdi, o həm də ac idi, amma qoca olduğundan şikarının dalıyca qaçmağa  gücü yox idi, və buna görə bir plan cızdı.

Hiyləgər tülkü iki dosta yaxınlaşanda sincab arıquşuna xəbər etdi və cəld hərəkətlə ağaca dırmaşdı, quş da yerdən uçub yuxarı budağa qondu.
Tülkü dedi:
-                     Ah mənim balaca dostlarım niyə məndən qorxdunuz? Siz söhbətinizi davam edərdiniz, mən sizə mane olmayacam.
Yuxarından sincab ona qışqırdı:
-                     Səndən bizə dost olmaz.
-                     Mən yazıq, heç kim mənimlə dost olmaq istəmir. Mən çox yorulmuşam bu həyatda. Çox tənhayam.
Arıquşu ona cavab verdi:
-            Yırtıcı heyvanla bizim işimiz olmaz.
-            Ah mənim əziz dostlarım əvvəl mən başa düşmürdüm, amma sonra ətrafımda bir dost tapmayınca anladım ki, bu həytada ən vacib şey sadiq dost tapmaqdır. Axı kim sizlərdən başqa məni anlaya bilər?
Dostlar tülküyə fikir vermədi və öz yuvalarına döndülər.
Günlərin bir günü sincab həmişəki kimi əlində qozalarla arıquşunun evinə gedirdi.
Tülkü ondan soruşdu:
-            Əlindəkini hara aparırsan?
-            Dostuma sovqat aparıram.
-            Hmm. Mən dünən təsadüfən burdan keçəndə eşitdim ki, arıquşu biri ilə danışırdı və dedi ki, “Bu sincabın gətirdiyi çürük qozalarından boğaza yığılmışam. Mən ona heç cür deyə bilmirəm ki, ay sincab sənin qozaların gözümdən düşüb, heç olmasa fərli başlı bir şey gətir.
Sincab kəskin etiraz etdi:
-                      Yox mən inanmıram dostum elə desin, çəkil yolumdan mən arıquşunun yanına gedirəm.
Tülkü onun qabağından çəkilmir və davam edir:
-                     Sən dur hələ! Sənə ən vacib şeyi  deməyə unutdum, dostun sənin gəlməyini öyrənincə evindən tez çıxıb uçdu harasa.
Sincab tülkünü itələdi cəld ağaca dırmaşıb dostunun evinə getdi. Yuva boş idi, sincab dostunu çağırdı, amma bir səs gəlməyincə aşağan düşdü.
Sincab çox üzgün idi, tülkü birdən yerə yıxılıb  dedi:
-                     Ah,  gənc dostum mənim halım pisləşdi, zəhmət olmasa mənə bulaqdan tez su gətir? Gözlərim qaraldı, heçnə görə bilmirəm.
Sincab dərhal su üçün qaçdı. Tülkü tez durub ağaca yaxınlaşdı. Bu an arıquşu ağzında bir qab su ilə yerə enib tülküyə yaxınlaşdı:
-                     Buyur tülkü iç özünə gəl.
-                     Su üçün çox sağol, sən qayıtmamış artıq özümə gəldim. Yaşlaşdıqca tez-tez halsız oluram.
-                     Baqışla mən tələsirəm, sincab məni gözləyir, bəlkə də gəlib məni evdə görməyib. Gedirəm dostumun yanına, axı bu gün mən onu evimə qonaq çağırmışam.
Tülkü ətrafa boylanıb arıquşuna yaxınlaşdı:
-                     Amma öz aramızda sənə bir şey deməliyəm.
-                     Buyur, eşidirəm səni.
-                     Bu da sənin dostun, heç gəlməyib bu gün. Heç olmasa çürük qoza gətirərdi, amma onuda etmədi. Eh, bu sincablər belə unutqandır. Görərsən səni də unudacaq, çünki onlar bu gün gizlətdiyi qozaları sabah tapa bilmirlər, o ki qaldı kimləsə dostluq etsin.
-                     Eyb etməz. Mən onun üçün meyvə gətirmişəm, evinə aparacam.
-                     Amma məndən sənə bir dost məsləhəti, etmə bunu. Keçən dəfə sincab deyinərək deyirdi “Bu quşun gətirdiyi meyvələr bilmirəm hardandır, bəlkə kəndlilər ağaclara bir şey səpir, çünki mən onları yeyəndən sonra zəhərlənirəm, bu axmaqda özü yeməyə qorxur mənə gətirir.
Bu sözlər quşun xətrinə dəydi, çünki o özünü təhlükəyə atıb kəndlinin bağından meyvələrin  ən dadlılarını oğrayıb dostu üçün gətirirdi, hətta ürəyindən keçib yemək istəyəndə sincaba görə yemirdi.
Sonra tülkü yavaş səslə arıquşunun qulağına pıçıldadı:
-                     Sincab əslində bu gün sənin evinə gəlmək istəmədi, səndən bezdiyini dedi və harasa qaçdı.
 Amma quş yenədə tülküyə inanmadı ve sincabın evinə getdi. Sincab yuvasında yox idi, quş dostunu çox çağırdı sonra məyus olub evinə döndü.
Artıq bir neçə gün idi ki, dostlar danışmırdı. Tülkü dostların hər ikisi ilə yaxınlıq edirdi, özünü sevdirməyə çalışırdı və onların arasını vurduğuna görə çox sevinirdi.
Günlərin bir günü sincaba xəbər gəldi ki, quş adamların qurduğu tələyə düşüb, kimsə ona yardım etməyə curət etmirdi, çünki insan olduğu yerdə meşə heyvanları canını qurtarmaq üçün qaçırdı. Sincab fikirləşmədən dostunu xilas etməyə qaçdı yolda tülküyə  rastlaşdı:
-                     Getmə ora, sən öz canından mı bezmisən?! Mən indicə ordan qayıdıram bilirsən nə qədər orada insan var, quş cəhənnəmə insanlar sənidə tutacaqlar,
-                     Yox mənim dostum təhlükədədir, mən onu xilas etməliyəm.
-                     Əşi dediyin dost səni bəyənmir.
-                     Tülkü mən dostluğumuzun xatirinə arıquşunu orada tək qoya bilmərəm. Onun arxamca danışğı mənim üçün önəmli deyil, o hələdə mənim üçün dost olaraq qalıb, mən keçmişimizi unuda bilmərəm.
Tülkü sincabı qolundan tutub saxlamaq istəyirdi və bir anlıq özünü itirib ağzını açdı, onu yeməyə hazılaşdığı anda, sincab buraxılıb qaçır.
Quşun bir qanadı tələnin içində olduğuna görə heç yana uça bilmirdi, sincab özünü yetişdirib böyük çubuqla tələnin ağzını açmağa başladı.
Arıquşu dostunu görüncə çox sevindi.                         
-                     Dostum nə yaxşı ki sən yetişdin!
-                     O nə sözdür! Əlbətdə ki, gələcəyəm axi biz dostuq.
-                     Tülkü mənə dedi ki, sən tələyə düşmüsən məndə dərhal uçdum buraya. Amma səni burada görməyincə çaşdım, sonra  tülkü məni hiylə ilə bu tələyə saldı, və dedi ki məni tələyə salandan sonra yeyəcək, amma əvvəl səni də aldadaraq tələyə salacaq.
Sincab qəzəbləndi:
-                     Bax sən! Demək buna görə o hiyləgər mənim bura gəlməyimə mane olurdu. Sənin dalınca danışırdı deyirdi ki, sən mənim gətirdiyim sovqatları bəyənmirsən.
-                     Dostum həmin sözləri tülkü sənin haqqında deyirdi.
-                     Demək bu onun hiyləsi idi, aramızı vurmaq istəyirdi. Dayan sən, mən indi ona dostların arasına girməyi göstərəcəm.
Sincab arıquşunu xilas edəndən sonra tülkünün yanına qayıdır:
-                     Tülkü sən haqlı idin mən oraya yetişincə quş  tələdə yox idi, amma kolluqda ayağı yaralanmış dovşan gördüm, buraya onu təkbaşına gətirə bilmədim, sənin köməyinə ehtiyyacım var.
Tülkünün gözləri parıldadı, çoxdandır ağzına ət dəymirdi sevinərək sincabnin dalınca qaçdı.
Kolda dostların gizlətdiy tələ hiləgər tülkünü gözləyirdi. Tülkü təlaşdan kolluğa girəndə tələyə düşdü və iki dostun ona dərs verdiyini anladı. O yenədə özünü zavallı aparıb iki dosta səsləndi:
-                     Nə olur qurtarım məni! Söz verirəm ki, bir daha belə etməyəcəm.
Sincab cavab verdi:
-                     Atrıq sənin yalan yalvarışlarına inanan deyilik. Nə halın varsa gör.
Beləliklə sincab ilə arıquşu ordan uzaqlaşdı və söz verdilər ki, bir daha aralarını vurmaq istəyənlərə inanmayacaqlar.
Nağılın sonu

11.11.2015

Комментариев нет:

Отправить комментарий