среда, 9 декабря 2015 г.

Sonsuz payız



Zümrüyyə Vəliyeva
  Səhər evdəkilər təlaş içində idi, artıq neçə gün idi ki, balaca Leyla anası ilə yatmırdı. Bu dəfə də həkim onların evinə gəlmişdi, xəstəni müayinə edəndən sonra  yoldaşı Həsən ilə uzun söhbət elədi. Həkimin gedişindən sonra Səmayənin anası ilə bacısı ona baş çəkməyə gəldilər.
 Qonaqlar uşağı qucağına alıb nazlayırdılar. Leyla nənəsinin qucağından durub yerdə döşəyin üstündə uzanan anasına yaxınlaşdı. Qadın özündə deyildi arada inildəyib deyirdi:
-                     Ha Xıdo sutim.
Balaca Leyla anasının alnına sığal çəkib üzünə düşmüş saçları arxaya atdı. Xalası onu qolundan tutub anasından uzaqlaşdırır:
-                     Xala qurban ananı narahat eləmə.
Həsən qonşu otaqdan hazır geyinmiş çıxır.
-                     Anacan həkimin verdiyi resept məndə, burada olan dərmanlar kəntdə yoxdur, gərək Bakıda alım. İndi isə işə gedirəm müdririmdən bir neçə günlük icazə alacağam. Sabah səhər aftobusu ilə Bakıya gedəcəyəm.
Sərfinaz peçə odun atır, oğluna ürək-dirək verir:
-                     Çımı balə norohət məbi. De Xıdo komaqi çımı vəvu çok bəbe. Az aləfon dəm bəkam bəy bədom, gavar çok be. Tı bışi ıştə koon səhmon bıkə.
Leylanın xalası onun saçlarını darayıb topladı, sonra başına güllü yaylıq bağladı. Sərfinaz qonaqlar üçün yerdə süfrə sərdi. Xalası Leyla üçün şirin çay hazırladı, nəhayət qoca qadın qonaqlarla bir süfrəyə oturub gəlininin son durumundan söhbət edir.
Səhər yeməyindən sonra Leyla məhlə uşaqları ilə oynamağa getdi. Həyətdə balaca qızlar torpaqla oynayırdılar, yarpaqlara qoyduğu torpağı yemək xəyal edib oğlanlara verirdi. İki oğlan məftildən duzəldilmiş araba ilə oynayırdı digərləri isə ağacda oturan quşları sapandla vururdu.
İki qadın bulaqdan su vedrələri ilə gəlir biraz dincəlmək üçün onları yerə qoyub söhbət edirlər. Qadınların gözü Leylaya sataşır ah çəkir başını yellədillər.  
-                     Deyillər zavallı Səmayənin  qışa kimi vaxtı var.
-                     Hə, yazıq əri nə eyləsin, fəhlə işləyir müalicəyə hardan pul tapsın.
-                     Təsəvvür elə qadın öləcək qızının böydüyünü görməyəcək. O isə nə ümidilə uşağı oxutduracağını deyirdi. Deyirdi mən oxumasam da, qızımı oxutduracayam.
-                     Allah köməyi olsun, tezliklə sağalsın, yazıqdır.
-                     Mən keçən dəfə onlara getdim vəziyyəti günü gündən pisləşir həkimlər də deyir ki, onunki çox çəkməz, qışda öləcək.
Sonra qadınlar vedrələri götürüb yolunu davam edir. Leyla onların danışığını dinləyib fikirə gedir.
Payız yağışı uşaqlara həyətdə doyunca oynamağa imkan vermir, hərə bir yana dağılır. Balaca qız qaça –qaça evinə qayıdır. Sərfinaz bağda dərdiyi otları təmişləyirdi:
-                     Nənə onları neyyirsən?
-                     Tərə bişirəcəyəm gözəl balam.
Leyla bıçaq götürüb nənəsinin yanında oturur və göyərtiləri təmizləməyə başlayır. Qoca qadın nəvəsinin fikirli olduğunu görür:
-                     Leyla onları yaxşı təmizlə, bax burada sarı yarpaqlar qalıb. Görürsən nə qədər ot dərmişəm turşənğ, qijəpəni, xəş-xəş, siyoğ. Bunlardan dadlı tərə hazırlayacağam. Leyla məni eşidirsən?
-                     Nənə qış haçan başlayır?
-                     Payız bitəndən sonra.
-                     Bəs payız hacan bitir?
-                     Sənə necə başa salım. Bax pəncərədən ağaclardakı yarpaqları görürsən.
-                     Bəli.
-                     İndi onların əksəriyyəti yaşıldır, amma digər qismi saralıb. Bax onların hamısı saralıb toküləndən sonra payız bitir və qış gəlir.
-                     Hamısı tökülür?
-                     Bəli, sonuncu yarpağa kimi.
Axşam Leyla atasının aldığı rəngarəng qələmləri və dəftəri götürüb boş otağa keçir.  Balaca qız lampanın işığı altında vərəqlərdə nə isə çəkməyə başlayır.
Sərfinaz axşam hazırladığı şorbanı xəstə gəlninə qaşıqla içirirdi. Qadın biraz alıb istəmədiyini dedi, sonra fikirə dalıb ağladı. Sərfinaz gəlininin başını sığallayaraq ürək-dirək verir. Qadın yuxuya gedəndən sonra qaynanası yerləri sərir. Leyla masanın üstünə başını qoymuş  mışıl-mışıl yatmışdı. Nənəsi uşağı qucağına tutaraq:
-                     Bismillah, bismillah! Allahım sən o qadını balaca uşağa görə bizə bağışla. Sən dərdi verib dərmanını da verirsən, özün bizə kömək ol. Bu zavallı qullarının imdadına çat.
Leyla şirin yuxudan xoruzun səsinə oyanır. Yerindən tez durub gecə çəkdiyi şəkilləri toplayır. Gavalı ağacı yarım çılpaq küləyin altında əsirdi, Leyla çəkmələrini geyib həyətə çıxdı, ağaca dırmaşdı vərəqdə çəkdiyi yarpaq şəkillərini ağacın budaqlarına sancmağa başlayır. Nənəsi malları otarmağa aparandan sonra evə qayıdarkən qızı ağacın üstündə görür:
-                     Vuy nənə! Kinə tı vəyo çiç kardəj? Eşi çə doyku.
Leyla sonuncu yarpağı sancandan sonra yerə hoppanır. Burnunu çəkərək cemperin qollarına sürtür. Payız soyuqundan yanaqları qızamışdı.
-                     Vuy kinə tıni vindəkəs çiç bəvote. Kinəyən bə do bebaşe? Ha? Birdən çəyku eqınyəbij? Az bəştı pə çiç əvotim?
Leyla dodaqlarını sallayır gözləri yaşla dolur.
-                     Rə bi rə bi hadi bə kə dəşi.
Külək sanki dayanmaq istəmirdi Leylanın acığına daha güclü əsirdi, qız təlaşla pəncərənin qabağında oturub yarpaqlarına baxırdı. Nəhayət uzun mubarizədən sonra külək istədiyini ala bilir və bir neçə yarpaq özü ilə aparandan sonra sakitləşir.
Uşaqlar həyətdə oynayırdı Atəş Leylanı kehfsiz görüb soruşur:
-                     Leyla niyə kədərlisən?
-                     Ona görə ki, küləklə yağış yarpaqları tökür.
-                     Olsun da, yazda yeniləri çıxaçaq.
-                     Amma mən yenilərini istəmirəm, sadəcə istəyirəm indi olanlar tökülməsin, əgər onlar tökülsə payız qurtaracaq və qış gəlsə anam öləcək.
-                     Bunu sənə kim dedi?
-                     Mən bilirəm, hər şeyi eşitdim. Gəlməsin qış.
Leyla ağlayır Atəş dözmür onu qucaqlayaraq təsəlli verir:
-                     Üzülmə, sənin anan ölməyəcək. Bax sənə söz verirəm ki, o ağacdakı yarpaqlar tökülməyəcək.
Axşam güclü yağış yağmağa başlayır Leyla nə qədər çölə çıxmaq istəsə də nənəsi qoymur. Gecə qız anasının yanında nalça sərib uzanır qadının iniltisi altında dua edir:
-                     Gözəl Allahım anama şəfa ver. Nə olar qoyma yarpaqlar tökülsün, qoyma qış gəlsin.
Yağışın kağız yarpaqlarını nə hala qoyacağını Atəş təsəvvür edirdi və ona görə səhər tezdən Leylanın evinə getməyə  qərara gəlir.
Səhər açılan kimi Leyla yaylığını bağlayıb çəkmələrini geyib tez həyətə qaçır. Gözləri yumulu qorxaraq asta-asta ağaça yaxınlaşdı, gözlərini açandan sonra təəcüblənir. Ağacın hər budağında yeni yarpaqlar peyda olmuşdur. Yox, bu ağacın öz yarpaqları deyildi, başqa yarmaqlar idi, onun kağız üstündə çəkdiyi yarpaqlara bənzəyirdi. Birdən ağacın arxasından Atəş çıxır:
-                     Leyla sənə dedim axı onlar tökülməyəcək.
Oğlanın bütün üst başı yaş idi, əlləri sivrilmişdi.
Leyla  nəşə saçdı, Atəşin qabağına qaçıb onu qucaqladı.
Beş gündən sonra nəhayət gözlənilən an baş tutur Həsən Bakıdan qayıdır. Sərfinaz oğlunu qarşılayır:
-                     Oğlum niyə gec gəldin?
-                     Anacan reseptdəki dərmanların yarısı yox idi, sifariş edib onların gətirilməsini gözləyirdim.
Torbadan dərmanları çıxardıb anasına uzadır:
-                     Bax bu dərmanları qoy Səmayə indi atsın, bu iynələri isə altı saatdan bir vuracaqsız. Leyla hardadır?
Nənəsi Leylanı çağırır. Qız atasını görüncə qabağına qaçır, onu doyunca öpəndən sonra niyə gec gəldiyini soruşur və bir möcüzə haqqında danışır. Həsən fikrli idi gözləri yol çəkirdi, qızını aldından öpüb oxşayandan sonra torbadan siçan oyuncağ və şokoladı çıxardıb ona uzadır.
Leyla balaca olduğuna baxmayaraq ev işlərində nənəsinə kömək edirdi. Ev canlanmışdı sanki Səmayənin qohumları təkrarən ona baş çəkməyə gəlirdilər, gələn qonaqlarda və ev sahibində ümid yaranmışdı, hamının əhval-ruhiyyəsi yaxşı idi. Həsən işdən sonra evə gələndə əvvəlki kimi  Leyla ilə oynayırdı.
Balaca qız barmaqlarının ucunda astaca anasına yaxınlaşdı onu öpmək istəyəndə nənəsi qapının ağzından pıçıldayaraq deyir:
-         Qızım qoy anan yatsın, oyatma onu.
Leyla Sərfinaza tərəf gəlir və nədən anasının bütün günü yatdığını soruşur, Sərfinaz cavab verir:
-         Qızım ananın dilcəlməyə ehtiyyacı var.
-         Nənəcan anam hələ sağalmayıb?
-         Sağalmasına vaxt lazımdır qızım. Anan həftələrdir yatmırdı ona görə çox zəifləyib güc toplamağa ehtiyyacı var.
Leyla evdəikən nənəsinə kömək edirdi, anasından ayrılmaq istəmədiyi üçün dostların həyətdə oynamaq təklifini rədd edirdi. Sərfinaz nəvəsinin darıxmaması üçün birgə işlərə cəlb edirdi, yemək bişirirdilər, toyuqlara dən verirdilər, evi təmizləyirdilər, axşamlar isə Leylaya mütləq nağıl danışırdı.
Səhərsi gün hava çox yaxşı idi, evi təmizləyəndən sonra Leyla anasının uzandığı otağa girdi. Pəncərə qabağında oturur gavalı ağacındaki yarpaqlara tamaşa edərək şer deyir. Səmayə səsə  oyanıb qızına diqqətlə qulaq asır.
Poz omedə voydə voş,
Vey omedə bəmı xoş,
Dənşandə əv boğ-boğçon,
Xokinə livon, xıçon.
Bifon dimi şıştedə,
Sefon dimi şıştedə.
Limo, əno, narınqi,
Həmmə dodən virisqi.
Osmon bərk qur-qur kardə,
Ləjimən şır-şır kardə.
Çimənon bedə kavu,
Çəkedə avə-avə.
Birdən şerin sözlərini unudur gözlərini yumaraq davamını yada salmağa çalışır. Bu an anası şeri davam edir:
Nıhandonən bılbılon,
İjən obedən vılon.
Həvo ətrə bu dodə.
Bə har dıli zu dodə.
Məkə sıxani doroz,
Oxnə əvəsore poz.
Leyla boylanıb anasına baxır sonra onun yanına qaçıb qucaqlayaraq öpür, Səmayə qızına qarşılıqlıq verir başını sığallayır. Anasının qoxusunu alandan sonra ona doyunca sarılanandan sonra Leyla durub öz otağına qaçır, yükyerindən hədiyyələri götürüb həyətə qonşu evə gedir. Atəş qardaşları ilə həyətdə məkquli oynayırdı. Oğlanlar uzun çubuğu yerdə cızılan xəttin üstünə atmağa çalışırdı. Leyla onların darvazasına çatır çatmaz oğlana səslənir:
-                     Atəş! Atəş!
Atəş boylanıb qızın qabağına qaçır:
-                     Nə olub?
Leyla Atəşə şokoladı uzadır:
-                     Bax sənə nə gətirmişəm.
-                     Çox sağ ol!
Oğlan kağızı açır şokoladı ikiyə bölüb Leylaya verir. Qız öz payını götürür arxada gizlətdiyi oyuncağı dostuna uzadır:
-                     Bax bu sıçanla ikimiz  oynaya bilərik qulaq as necə səs çıxardır.
Atəş gülümsəyərək qıza deyir:
-                     Bu gün çox sevinclisən.
-                     Bəli, çünki anam sağaladı.
-                     Nə yaxşı! Gördün, mən axı demişdim üzülməyə dəyməz.
Uşaqlar əl-ələ tutub birlikdə digər uşaqlarla oynamağa gedirlər.

Комментариев нет:

Отправить комментарий