понедельник, 18 мая 2015 г.

And



                               Zümrüyyə Vəliyeva
 
And

1944-cü ildə Azadxan Abilovun alayı Almaniya sərhədlərinə yaxınlaşmışdı, burada onların alayı pusquya düşür və əsgərləri əsir götürürlər. Düşmən əlinə keçən hərbiçilər bir-bir dindirilirdi, çoxlarına inanılmaz işgəncələr verib öldürürdülər, sağ qalanları fəhlə quvvəsi kimi düşərgələrə göndərirdilər.

Almanlar sovet əsgərlərini öz tərəfinə çəkmək məqsədi ilə onlara ölüm hökmü çoxdan verdiyini deyirdilər, buna 1942-ci ilin No 227 nömrəli qərarını əsas kimi gətirirdilər. Sovet ordusunun əsgərinə əsr düşmə halları baş verəndə özünü öldürmək əmri verilmişdi. Onların Vətənə lazım olmadığını təlqin edirdilər. Əsirləri qırmızı ordunun əlinə düşəndən sonra güllələmə ilə qorxudurdular. Razı olanlardan qrup yaradıb öz mənafeləri üçün çalışdırırdılar, razı olmayanları isə düşərgələrə göndərirdilər. Əsir düşmüş əsgərlər cürbəcür ağır bərpa işlərində çalışırdılar, onlardan limanlarda və dəmir yolu stansiyalarında yükləmə-boşaltma işlərdə iş komandaları kimi istifadə edirdilər. Düşərgədən qaçanları dərhal güllələyirdilər.
Əsgərlərin çox qismi aclıqdan, çox ağır işdən və yoluxucu xəstəliklərdən ölürdü. Bir gün Azadxanın düşərgədəki dostu Vasnitsov Sergey vaqondan ağır daşı qaldıra bilmədiyi üçün yıxılır, alman əsgəri ona yaxınlaşıb qalxmağını tələb edir. Sergey qalxmaq gücündə deyildi, alman əsgəri əsəbləşərək onu təpikləməyə başlayır. Azadxan dostunu müdafiə etmək üçün onlara yaxınlaşır əsgər Azadxanı itələyir. Azadxan yıxılır və başı daşa dəyəndən sonra huşunu itirir. Düşərgədə özünə gələn Azadxan başından ciddi zədə aldığına görə yaddaşını itirir. Adını və soyadını onla bir düşərgədə qalan əsgərlərdən öyrənir, o gündən bu yana Azadxan heçnə xatırlamırdı.
1945-ci ildə Sovet ordusu faşist Almaniyası üzərində qələbə çalır və düşərgələrdə olan bütün insanları bir bir azad edirlər. Repatriantlarla SSRİ xüususi NKVD və SMERŞ qurumları işləyirdi, əsirləri uzun sorğu-suallardan keçirdəndən sonra vaqonlara yerləşdirib əmək düşərgələrinə göndərirdilər.
Azadxana bir çox əsir düşmüş hərbiçilər kimi əmək düşərgəsində 10 il çalışma cəzasını verdilər və Krasnoyarsk vilayətinə yolladılar. Burada o tikintidə işləyirdi, tək olduğu vaxtlar özünün kim olduğunu xatırlamağa cəhd edirdi. Düşərgədə Azadxanı qəribə insan kimi tanıyırdılar. O Hündür boylu idi, qalın qaşlarına görə dərhal seçilirdi, almacıq sümükləri üzünə sərt görkəm verirdi. Azadxana həmçinin Qəribə Bo ləqəbi vermişdilər. O tər içində yuxuda sayıqlayıb:
- “Bomem”, “bomem” deyərdi.
Azadxanın bir iti var idi. Boş vaxtlarda o iti ilə gəzirdi, bir də dəniz rəsmləri çəkirdi. Yuxuda tez-tez dənizi görürdü və buna görə də dəniz onu cəlb edirdi.
Cəza müddəti bitəndən sonra Azadxana şəxsi kart verdilər Krasnoyarskda keçirtdiyi on il ona əmək stajı kimi hesablanmışdır. Şəxsi vərəqəsində Azadxan haqqında məlumat yox idi, doğulduğu yerin ünvanı yox idi ancaq Azərbaycan SSR yazılmışdır.
1957-cı ilin iyun ayı Moskva şəhəri. Artıq iki il idi ki, Azadxan Abilov Moskvada yaşayırdı. Yeni həyat qurmaq ümidi ilə o buraya gəlmişdi. Moskvada o Sokolnik vaqontəmir-tikinti zavodunda sürücü vəzifəsinə işə düzəlmişdi.
Burada təsadüf nəticəsində azərbaycanlı Ziya Eyvazovla tanış olur. Ziya özü Bakılı idi, o Moskva universitetlərindən birində mühəndisliyi oxuyaraq, zavodda öz peşəsi üzrə çalışırdı. Azadxan yeni dostuna öz keçmiş həyatı haqqında danışır.
- Ziya dostum mən dəqiq kim və hardan olduğumu xatırlamıram. Mən öz ailəmi tapmaq istəyirəm. Sən mənə kömək edə bilərsən mi?
- Darıxma dostum sənin ailəni biz tapacayıq. Kim bilir bəlkə də qonşu çıxarıq. Dediyin kimi dəniz səni özünə cəlb edirsə məncə sən dəniz kənarında yaşamısan. Ya da uşaqlıqda dənizə tez tez getmisən.
Bir gün dostlar məzuniyyət götürüb Bakıya bilet alıllar. Azadxan Ziya ilə Moskva – Bakı qatarına minir, o Bakıya yeni ümid ilə gəlirdi. Azərbaycana yaxınlaşdıqca o daha xoşbəxt olurdu, ürəyi tez-tez döyünürdü sanki sinəsindən qopub uçacaqdı. Azadxan demək olar ki axşamlar yatmırdı, yuxusuzluğu vaqon çarxlarının səsindən yox həyacandan idi. Gözlərini yuman kimi sahili görürdü, onun kimi cavan oğlanlar gəmidə bir yerə yığışmışdı, onlar sahildə qalan insanlarla sağollaşırdılar. Sonra yuxu duman kimi yox olurdu.
Nəhayət üç gündən sonra onlar Bakıya çatdılar. Ziya Azadxanı öz evinə gətirdi, o İçərişəhərdə qalırdı. Ziyanın ailəsi qonağı yaxşı qarşıladılar. Ziya özü müharibədə atasını itirmişdi, bu müharibə tək Azadxanın taleyini yox onların ailəsinin taleyini də dəyişmişdi.
Düz bir həftə Ziya Azadxanı Bakıda gəzdirirdi, dostlar oğlunu cəbhəyə yollamış ailələri ziyarət edirdilər. Azadxan onlardan övladlarını necə yolladıqlarını soruşurdu, sonra biləyindəki muncuğu göstərirdi, amma heç kim onun kim olduğunu bilmirdi. Sonra Azadxan özü haqqında danışırdı, çoxları itkin düşmüş qohumlarını keçmiş əsgərdən soruşurdu. Sonra dincəlmək üçün dostlar Xəzər dənizi kənarında gəzirdilər.
Bir gün yorucu axtarışlardan sonra Azadxan sahilə gəlir. O dənizə baxır, dalğalar sanki onu başqa yerə aparırdı, o gözlərini yumur və yaddaşında bir mahnını canlandırmağa çalışır. Sözləri xatırlamasa da sadəcə züm-zümə edirdi. Amma ləpələr sahildəki qum üzərində insanların izlərinin sildiyi kimi, öz səsi ilə Azadxanın səsini üstələyərək, onun yaddaşındakı mahnını yavaş yavaş silirdi. Ziya dostuna yaxınlaşdı:
- Azadxan oxuduğun nədir?
- Heç bilmirəm ki. Sadəcə züm-zümə edirəm, bilmirəm hansı mahnıdır. Ziya mən Bakıda çox qala bilməyəcəm, Moskvaya dönməyə qərara gəldim.
- Dostum sən tələsmə. Sən daha bir neçə gün qal. Bəlkə nə isə xatırladın. Məzuniyyət bitəndən sonra qayıdacayıq.
- Ziya mən heçnə xatırlaya bilmirəm, gözümün önündə yanlız Xəzər dənizi, gəmi və o gəmidə mən kimi yüzlərlə cavan oğlanlar gəlir.
- Yaxşı gəl gedək evə, bəlkə bir şey fikirləşdik.
Evə qayıdansan sonra Ziyanın nənəsi axtarışların nə ilə nəticələndiyini soruşdu. Azadxan yaddaşının geriyə qayıtmadığını və öz qohumlarının tapmadığını təəsüflə vurğuladı. Gülçöhrə nənə Azadxanın biləyindəki balaca muncuq görəndə, onun nə olduğunu soruşdu. Azadxan cavab verdi:
- Bu muncuq həmişə mənimlə olub. Doğursu bunu mənə kim verdiyini xatırlamıram. Amma bir anlamı var, bunu hiss edirəm. Ah bu acı taleyim mənə əzab verir.
Ziya muncuqa diqqətlə baxır:
- Dostum bəlkədə sənin yolunu hələdə gözləyən ana, bacın ya da həyat yoldaşın var.
Gülçöhrə nənə nəvəsinə cavab verdi:
- Yox oğlum, onun barmağında üzük yoxdur demək dostun subaydır.
 Azadxan qəmli halda cavab verdi:
- Nənəcan faşistlər əllərinə keçən insanın nəinki üzərində olan qiymətli əşyalarını alırdılar, hətta yazıqların qızıl dişlərini də dartıb qopardırdılar.
- Allahım, bu nə vəhşilikdir belə. Yazıq oğlum, sən nələri görmüsən?! Allahım bizə bir də o günləri göstərməsin. Azadxan oğlum sən o müncuğu mənə yaxından göstər. Azadxan Gülçöhrə nənəyə yaxınlaşaraq biləyindəki muncuğu göstərdi.
- Məncə bu göz muncuğudur.
- Nənə amma bildiyimiz göz muncuqlar qara olur və onlar taxtadan yox plastmassdan olur. Həm səhf etmirəmsə göz muncuğu uşağın qoluna bağlayıllar. Azadxan ki uşaq deyil. Ziya gülərək nənəsinə dedi.
- Xeyr oğlum sən səhf fikiləşirsən, bu göz muncuğudur. Bəlkə də Azadxan oğlum ağır xəstə olub və onu sağaltmaq amacı ilə o muncuğu bləyinə bağlayıblar. Mən belə muncuq görmüşdüm. Dayan qoy bir fikirləşim harda. Mən belə muncuq Astaralılı gəlinin uşağnın boynunda görmüşdüm, onlar bu muncuqları tut ağacından düzəldirdilər.
- Nənə doğru deyir, mən niyə axı bunu fikirləşmədim. Xəzər dənizi Lənkəran və Astara sahili boyu uzanır. Azadxan dostum məncə biz sənin hardan olduğunu tapdıq. Səhər açılan kimi qatara minib ilk öncə Lənkərana gedəcəyik.
Dostlar səhərsi günü qatara minib Lənkarana gedirlər. Qatarın pəncərəsindən Azadxan şəhərləri seyr edirdi və bəzən qulağına əks səda kimi gülüş səsləri gəlirdi
- “Gözləyin bizi faşistlər gəlirik sizi məhf etməyə”.
Gəminin içində cavan oğlanlar ayaq üstə durub sahilə baxırdı. Sonra gəmi gəlir Astraxan şəhərində dayanır, onları hamısını bir sıraya düzülüllər. Sonra yenə xatirələr uçur. Azadxan əlləri ilə üzünü tutur o keçmişini yada salmağa çalışır, indi isə o əsgərlik formada cəbhəyə yollandığını görür.
Nəhayət Lənkərana çatandan sonra Azadxan dəmir yolu vağzalından çıxır. Burada o Ziya ilə Abilovlar ailəsi haqqında camaatdan soruşur. Dostlar müharibə vaxtı cəbhəyə gedib qayıtmayanların ailələrinə baş vururdular, amma yenə də axtarışları uğurla nəticələnmir. Lənkəran küçələrindən keçəndə Azadxanın qulağına uşaq səsləri əks səda kimi yenə gəlirdi, həyətdə dostları ilə oynaması yadına düşürdü. Sonra sanki film kimi yenə Xəzərin sahili 1944-cü il hava soyuqdur, yaz fəslidir, Azadxanın yanında bir ana dayanıb, başında ağ yaylıq, ananın gözündən yaş gəlir o oğlunu qucaqlayır:
- Iştəku mığət bıbi çımı balə!
Sonra qadın ovucunu açır və qara ipi oğlunun biləyinə bağlayır. Azadxan ağlayır anasını qucaqlayaraq deyir:
- İnə norohət məbi! Az bomem! Az Bomen. Az bə tı sıxan doydəm ki deştə pə obəqardem.
Sonra Azadxan gəmiyə minir, gəmi sahildən yavaş-yavaş uzaqlaşır, oğlan borta söykənərək anasına əl eliyir və səsələnir:
- Az bomem inə! Az bomem!
Xatirələr yenə duman kimi yox olur. Dostlar bir-bir taksistlərdən Abilov ailəsindən soruşur və nəhayət biri o ailəni tanıdığını deyir. Bir yaşlı qoca taksi sürücüsü onlara deyir:
- Bəli oğlum mən tanıyıram o ailəni. Atabala Abilov bu ailənin başçısı idi, o 1941-ci ildə müharibəyə getmişdi. Bir müddət cəbhədən ailəsinə məktub yazırdı, hər şeyin yaxşı oludğunu məktubunda yazırdı, sonra ondan xəbər gəlmədi. Atabalanın bir oğlu varidi, çox yaxşı uşaq idi, sakitidi. Bizim uşaqlarla oynalırdı, onu səhətində problem varidi, çox zəif uşaq idi, atasından xəbəx gəlməyəndən sonra oğlan dedi ki, gedib atasını gətirəcək. Biz o ailəyə təsəlli verirdik. Xəstə və zəif olduğuna baxmayaraq Atabalanın oğlu sən demə fikrində tam ciddidi. Azadxan bir çox cavan uşaqlarla dənizdən, bax bu sahildən gəmiyə minərək yola çıxdı. O da atası kimi bir müddət anasına məktub yazırdı, ondan son məktub gələndə, məktubda onun alayının Almaniya sərhədlərinə yaxınlaşdığını yazmışdı və tez bir zamanda qələbə çalacaqlarını qeyd etmişdi. Amma çox təəsüf ki, sonra yazıq uşaqdan xəbər gəlmədi. Müharibə bitəndən sonra o bir çox əsgərlərimiz kimi itkin düşdü. Hacıbəyim bacının gözü yaşlı qaldı. Amma yazıq qadın ümudini itirmir, oğlunu görmək ümudi ilə hər dəfə dəniz kənarına gəlir. Hammıya deyir ki “Azadxanım ölməyib, o gələcək, oğlum mənə söz veribsə demək mütləq qayıdacaq”.
Dostlar həmin taksiyə minib Abilovların evinə gedirlər. Düz on iki il vətən həsrəti ilə yaşayan və kim olduğunu bilməyən Azadxanın həyacanı daha da artıq. O artıq hər şeyi xatırlayırdı, dənizdə gəzib züm-zümə etdiyi mahnı anasının ona oxuduğu lay layidi, yuxuda sayıqlayıb “Bomem” deyidi söz talışca “Gələcəyəm” sözü idi, o anasına qayıdacağına söz vermişdi. Yaddaşında olan boşluq yavaş yavaş doyurdu, evinə gedən 20 dəqiqəlik yol ona iyirmi il kimi gəlirdi. Azadxanın səsi həyacandan titrəyirdi:
- Dayı xahiş edirəm tez sürün!
Qayıdan xatirələr yenə duman kimi gözlərini tutur. Cəbhədə vuruşanda o digər azərbaycanlılarla tanış olur, bir-bir əsgərlərdən atası haqqında soruşur, sonra atasının döyüşlərin birində həlak olduğunu öyrənir. O anasını üzməmək üçün bu xəbəri məktubunda qeyd etmir.
Nəhayət taksi iki mətrtəbəli balaca bir edin qabağında dayanır. Azadxan maşından çıxır darvazanı açıb həyətə girir. Həyətdə qoca bir qadın dayanmışdı, üzü qırışlı idi, başında qara yayıq varidi, əynində güllü kofta və qatqat qarmon kimi yığılan yubka varidi, bu talışlara xas şalvar deyilən geyimidi. Qadın həyətdəki toyuqlara dən vedirdi, Azadxan qadını görəndə sevincdən qışqırdı:
- İnə! İnə!
Hacıbəyim içəriyə girən kişiyə baxdı, Azadxan qaçaraq anasını qucaqladı, buğda ilə dolu qab qadının əlindən yerə düşərək səs etdi. Azadxan uşaq kimi ağlayırdı, anasını öpürdü, sonra anasının gözlərinə baxdı. Qadın qabağında kim olduğunu anlaya bilmirdi, sonra o diqqətlə kişinin üz cizgilərinə baxdı. Ananın alnındaki qırışları və ortaya gəlmiş qaşları yavaş yavaş açılırdı, üz cizgiləri yumuşaldı və qadının gözləri yaşla doldu:
- Azadxan oğlum sənsən?
- Bəli anacan mən gəldim, mən qayıtdım. Anacan bağışla mən tez gələ bilmədim, bağışla sənə verdiyim sözü tuta bilmədim. Mən tək qayıtdım anacan. Mən atanı gətirə bilmədim. Azadxan anasını əllərindən öpdü, sonra qucaqladı.
- Mən bilirdim, mən bilirdim ki oğlum qayıdacaq. Bir an da olsun ürəyimdə sənin qayıdacağına şubhə yaranmadı. Mən bilirdim ki oğlum söz veribsə onu mütləq tutacaq.

Комментариев нет:

Отправить комментарий