воскресенье, 17 мая 2015 г.

"Qoca dəmirağacı" Əli Nasirin 60 illik yubileyinə hər olunur.


 Zümrüyyə Valiyeva

Qoca dəmirağacı

Talış dağlarının qoynunda, gözəl təbiətə sahib bərəkətli torpaqlarda palıd, vələs, fıstıq, qoz, fındıq, qızılağac, azalt və dəmirağacı bitirdi. Bu ağacların hamısı bir birbirindən gözəl və fərqli idi. Bu əsrarəngiz gözəllik xüsusən yazda və payızda ortaya çıxırdı.
Ağaclar qış yuxusundan oyanıb tumurcuqlanır, yam-yaşıl yarpaqlar və zərif çiçəklər açardı. Meşə sakinləri onların  barından faydalanırdı, bu ağaclar quşların ilham mənbəyi idi. Quşlar bir ağacdan o biri ağaca uçaraq cəh-cəh vururdu, ağaclarda yuva qururdu. Bu ağaclar quşların yeni ümidi və gələcəyi idi. Payızda isə ağaclar öz rəngarəng örtüklərinə bürünürdü, onlardan ən gözəli dəmirağacı idi, çünki onun örtüyündə hansı rəng desən varidi.
On illər ötdükcə qışın soyuğu, güclü yağışlar və sərt küləklər ağacları yıxıb qırırdı, amma dəmirağacı öz davamlığını göstərirdi. Təbiətin şıltaqlığına baxmayaraq, dəmirağacı öz torpağından güc alıb kökləri üstə məğrur dayanırdı.
Və bir gün dağlarda meşə yanğını baş verdi. Alov ətrafı bürümüşdü. Ağaclar bir-bir alovlanırdı, bəziləri yanaraq kül olurdu, bəzilərinin isə budaqları yanırdı və qalan yanlız qaralmış gövdələri olurdu. Ancaq onların icində dəmirağacı yanğınlara tab gətirə bildi.

          O əvvəlki dəmirağacı deyildi. Onun budaqları yandı, qırıldı, gövdəsi çox zəiflədi, amma kök saldığı torpaq ona illərdir güc verdi. İllər ötdükcə dəmirağacı qocalırdı, qocaldıqca da ucalırdı. Və indidə o yenə əvvəlki kimi öz ətrafına quşları yığır, onlar dəmirağacının hündür budaqlarının kölgəsinə sığınaraq cəh-cəh vurur.

Комментариев нет:

Отправить комментарий